Icma.az
close
up
RU
Xarici tələbələr Azərbaycanda hansı universitetləri seçir? SİYAHI

Xarici tələbələr Azərbaycanda hansı universitetləri seçir? SİYAHI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin sayı son illərdə artmağa davam edir. Ötən tədris ilində dövlət və özəl ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələrində 7472 nəfər xarici vətəndaş təhsil alıb. Bu göstərici 2024-2023-cü il tədris ilində 6680, 2020-2021-ci illərdə isə 5256 nəfər olub.  

Modern.az 2025–2026-cı tədris ilində əcnəbi tələbələrin əsasən hansı ali təhsil müəssisələrində təhsil aldığını müəyyənləşdirmək məqsədilə universitetlər arasında sorğu keçirib.
Ölkəmizdə xarici tələbələrin ən çox üz tutuduğu ali təhsil mərkəzi Azərbaycan Tibb Universitetidir. Burada 2216 əcnəbi vətəndaş təhsil alır. Onların 1045-i Türkiyə, 413-ü İran, 251-i Hindistan, 115-i Rusiya, 95-i isə Suriya vətəndaşıdır. Həmçinin Pakistan vətəndaşlığı olan tələbələrin sayı 57, Gürcüstan 45, İraq 24,  İordaniya 26 və Misirdən isə 16-dır. 

Bundan başqa, Qazaxıstandan 9 tələbə, 3 rezident və 1 magistr, Yəməndən 11 tələbə və 1 doktorant, Fələstindən 12 tələbə və 1 rezident, Livandan 2 tələbə və 1 rezident, Çaddan isə 3 tələbə və 1 rezidentin Azərbaycanda təhsil aldığı bildirilir.

Məlumatda həmçinin az sayda tələbə ilə təmsil olunan ölkələr də yer alıb. ABŞ, İsrail, Kanada, Böyük Britaniya, İsveç, İndoneziya, Liviyə, Eritreya, Surinam, Mavritaniya, Zambiya, Malavi, Nepal, Almaniya, Belarus, Ukrayna, Türkmənistan, Qırğızıstan, Keniya, Mali, Botsvana, Zimbabve, Kamerun, Honduras, Kolumbiya, Maldiv, Burundi, Cibuti, Qambiya və digər ölkələrdən bir və ya bir neçə nəfər Azərbaycanda təhsil alır.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata görə, hazırda bu universitetdə təhsil alan 31 ölkədən, 669 əcnəbi tələbə var.

Ən çox tələbə olan ölkələr Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan və Ukraynadır. Belə ki, Gürcüstandan 258, Rusiyadan 255, Türkiyədən 33, Qazaxıstanda 27, Ukraynadan isə 21 tələbə UNEC-də təhsil alır. 

Azərbaycan Diplomatik Akademiyasında 2025-2026-ci tədris ilində təhsil alan ümumi əcnəbi tələbələrin sayı 243-dür. Xarici tələbələrin 68-i Rusiya, 65-i Gürcüstan, 14-ü Qazaxıstam, 11-i İran və 9-u Tacikistan vətəndaşıdır. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə hazırda ümumilikdə 500 dən çox xarici tələbənin təhsil aldığı bildirilib. İlk sırada 82 nəfərlə Türkiyə, daha sonra 54 nəfərlə Gürcüstan və 46 nəfərlə Rusiya gəlir. Maraqlı məqam ondan ibarətdir ki, ilk beşliyə düşən ölkələr arasında Suriya və Somali də var. Belə ki, ADNSU-da təhsil alan Suriyalıların sayı 13, Somali vətəndaşlarının sayı isə 11-dir. 

Azərbaycan Dövlət Pedoqoji Universitetindən isə sorğumuza cavab olaraq bildirilib ki, universitetdə ümumilikdə 110 nəfər əcnəbi vətəndaş təhsil alır. Tələbələrin əksəriyyəti,- 49 nəfər Türkiyə, 32-si Gürcüstan və 18-i Rusiya vətəndaşıdır. 

Bakı Slavyan Universitetindən bildirilib ki, bu ali təhsil mərkəzindən hazırda 170 xarici tələbə təhsil alır. Xarici tələbələrin ölkələr üzrə təmsilçiliyinə gəldikdə isə, onların əsas hissəsi Gürcüstan, Rusiya, Çin, Türkiyə, Pakistan, Qazaxıstan və Belarus vətəndaşlarından ibarət olduğu qeyd edilib.

Özəl Universitetlərə gəldikdə isə, hazırda Azərbaycan Avrasiya Universitetində 126 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrin ən çox təmsil olunduğu 5 ölkə 53 nəfərlə Pakistandır, ikinci sırada 22 nəfərlə Nigeriya və daha sonra 15 nəfərlə Gürcüstan gəlir. İlk beşliyi 13 nəfərlə Rusiya və 8 nəfərlə Türkiyə tamamlayır. 


Xəzər Universitetinin mətbuat xidmətindən bilidrilib ki, hazırda universitetdə 120-ə yaxın xarici tələbə təhsil alır. Onlar əsasən Türkiyə, Gürcüstan, Rusiya, Əfqənistan və Pakistan vətəndaşlarıdır.

2025-2026 tədris ilində Azərbaycan Universitetində isə 40 əcnəbi tələbə təhsil alır. Onlardan 19 nəfər Gürcüstan, 9 nəfər Türkiyə, 4 nəfər Pakistan, 3 nəfər Rusiya, 2 nəfər isə Suriya, 1 nəfər Qazaxıstan, 1 Mərakeş, 1 nəfər isə Əfqanıstan vətəndaşıdır.
P.S: Bakı Dövlət Universiteti və Bakı Ali Neft Məktəbi sorğuya cavab vermədikləri üçün məqalədə yer almayıb. 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri