Icma.az
close
up
RU
Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri SEÇİR

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri SEÇİR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların ən çox üz tutduğu ölkələr, universitetlər və ixtisas istiqamətləri açıqlanıb.

Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2019–2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində iştirakçıların ən çox təhsil aldığı ali təhsil müəssisələri İstanbul Üniversitesi, University of Strasbourg, Montpellier University, University of Glasgow, University of Aberdeen, University of Bologna, University of Bristol, University of Halle–Wittenberg, University of Birmingham və Swansea University-dir.

2022–2028-ci illər üzrə Dövlət Proqramında isə ilk onluqda UCL (University College London), Bilkent University, University of Edinburgh, Koç University, University of Sheffield, Imperial College London, University of Manchester, Columbia University, University of Glasgow və University of Hong Kong yer alır.

Məlumata görə, 2019–2023-cü illər üzrə Dövlət Proqramında namizədlər daha çox iqtisadiyyat və idarəetmə, təbiət elmləri, humanitar və sosial elmlər, səhiyyə və rifah, həmçinin texniki və texnoloji ixtisas istiqamətlərini seçiblər.

2022–2028-ci illər üzrə Dövlət Proqramında isə informasiya texnologiyaları, mühəndislik, maliyyə, dövlət idarəetməsi və iqtisadiyyat ən çox üstünlük verilən ixtisas istiqamətləri olub.

Bildirilib ki, 2019–2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində təhsilini başa vuran 20 məzunun hamısı hazırda Azərbaycanın ali təhsil müəssisələrində fəaliyyət göstərir.

2022–2028-ci illər üzrə Dövlət Proqramı çərçivəsində isə bu günədək 634 nəfər rəsmi məzun statusu qazanıb. Onlardan 448 nəfəri hazırda əmək fəaliyyəti ilə məşğuldur.

Qurum sorğuda yer alan "Azərbaycana qayıdaraq əmək fəaliyyətinə başlayanların faizi" ilə bağlı ayrıca statistik göstəricinin təqdim edilmədiyini də qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyul 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri