Icma.az
close
up
RU
“Xarici təsirlə daxildə təxribat törətmək ağır dövlət cinayətidir” POLİTOLOQ

“Xarici təsirlə daxildə təxribat törətmək ağır dövlət cinayətidir” POLİTOLOQ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Təəssüf ki, SSRİ dağılandan bu yana hələ də insanların müəyyən hissəsinin beynində, yaddaşında SSRİ nostalgiyası qalıb. Elə bu günlərdə Bakıda SSRİ bayrağının qaldırılması və küçədə nümayiş etdirilməsi faktı, həmin şəxslərin polis tərəfindən saxlanılması da göstərir ki, müəyyən mənada nostalji hisslər hələ də qalır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.Onun sözlərinə görə, ancaq diqqət etsək görərik ki, həmin şəxslər elə də yaşlı nəsil nümayəndələri deyil: "Onların SSRİ dövründə yaxşı yaşaması və ya indiki dövrdə pis yaşaması ilə bağlı obyektiv səbəb yoxdur. Bu daha çox cinayət tərkibli bir məsələdir və ehtimal ki, xarici ölkələrin təbliğatını aparmaq istəyən qüvvələrin təsiri altındadırlar. Hesab edirəm ki, istintaq bu şəxslərin bu fəaliyyətlərinin arxasında duran səbəbləri, onları maliyyələşdirən qüvvələri, təbliğatın hansı istiqamətdə aparıldığını və göndərilən vəsaitləri araşdıracaq və müvafiq qərarlar qəbul olunacaq. Mən də bir vətəndaş kimi təəssüf edirəm ki, belə bir zamanda insanlar öz millətini, öz xalqını düşünmək əvəzinə, başqa dövlətlərin maraqlarına xidmət edən fəaliyyətlərlə məşğul olurlar. Halbuki, hər bir Azərbaycan vətəndaşı dövlətimizin inkişafı üçün çalışmalı, bu yolda əlindən gələni etməlidir. Bu hadisələr bizim ideoloji sahədə müəyyən çatışmazlıqlarımızın olduğunu da göstərir. Hesab edirəm ki, Azərbaycan dövləti olaraq biz azad və müstəqil bir ölkəyik. Vətəndaşların azad düşünməsi, öz fikirlərini ifadə etməsi bizim üçün qəbul olunandır. Amma xarici təsirlə, idarə olunan şəkildə daxildə təxribat törətmək - bu, artıq cinayətdir. Bu, ağır dövlət cinayətidir və buna qətiyyən yol vermək olmaz.Hesab edirəm ki, müvafiq qurumlarımız bu məsələlərə qarşı çox məsuliyyətlə yanaşır və lazımi tədbirlər görürlər. Xatırlayırsınızsa, rayonlarımızdan birində də belə bir hal olmuşdu və həmin vaxt da bu fəaliyyətlər qarşısı alındı. İndi isə belə bir hadisə Bakıda baş verib. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bu aksiyada iştirak edənlərdən birinin həkim olması məni daha da narahat etdi. İnsanlara şəfa verən, onları sağaldan bir peşənin sahibi belə təxribatçı fəaliyyət göstərirsə, deməli, o şəxsin öz düşüncəsində müalicəyə ehtiyac var.Ümumilikdə, mən hesab edirəm ki, bizim cəmiyyətin ideoloji durumu milli və dövlətçilik əsaslıdır. Azərbaycançılıq ideologiyası cəmiyyətimizdə əsas mövqedədir. Amma təəssüf ki, 10 milyonluq bir ölkədə sağlam düşüncəli insanların yanaşı, satqınlar, təxribatçılar və pul müqabilində cinayətə gedən şəxslər də olur. Bu, hər bir cəmiyyətdə ola biləcək reallıqdır. Biz vətəndaş olaraq, bu cür halların vaxtında qarşısını almağa çalışmalıyıq. Birliyimiz, həmrəyliyimiz bu istiqamətdə aparılan işlərin uğurlu olmasını təmin edə bilər. Bizim məqsədimiz və amalımız başqa ölkələrin bayrağı altında yaşamaq və çalışmaq deyil. Biz öz milli bayrağımız, öz müstəqil Azərbaycan dövlətinin tərkibində yaşamaq və inkişaf etmək istəyirik.

Əks fikirdə olanlar isə müvafiq olaraq öz layiqli cəzalarını alacaqlar".

Müəllif: Ziya Hikmətoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri