Icma.az
close
up
RU
Politoloq: Gürcüstan öz xarici siyasət kursunu dəyişməlidir

Politoloq: Gürcüstan öz xarici siyasət kursunu dəyişməlidir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əks təqdirdə Cənubi Qafqazda vahid strateji xəttin formalaşması və dövlətlərin bir-birini açıq şəkildə dəstəkləməsi real görünmür

Tbilisinin seçimi regionun gələcək təhlükəsizlik memarlığını müəyyənləşdirəcək əsas faktorlardan birinə çevrilib

"Azərbaycan və Ermənistan xalqlarının rifahı naminə hər kəslə əməkdaşlıq etməyə çalışaraq düzgün siyasət yürüdür". Bunu Gürcüstan parlametinin sədri Şalva Papuaşvili brifinqdə deyib. Spiker bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunandan sonra regionun vahid məkan kimi inkişafına baxılmalıdır: "Biz hamımız həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan üçün vacib məsələlərdə bir-birimizi dəstəkləməliyik. Bu, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi və əhalinin rifahının yüksəldilməsidir”.

Gürcü spikerin açıqlamasını şərh edən politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında indiki geopolitik şəraitdə Cənubi Qafqazda dərin inteqrasiyaya mane ola biləcək bir sıra təsirlərin olduğunu bildirib. Onun sözlərinə görə, başlıca amillərdən biri Gürcüstanın son illər xarici siyasət trayektoriyasını dəyişməsi, daha dəqiq desək, Qərb institutlarından uzaqlaşıb Rusiyaya yaxınlaşmaq xəttini gücləndirməsidir:

“Bu siyasət həm Gürcüstanın Avro-Atlantik məkana inteqrasiya perspektivlərinə zərbə vurur, həm də regionda Rusiyanın təsirinin azalması prosesini ləngidir. Halbuki Cənubi Qafqaz respublikalarının birliyinin formalaşması üçün əsas şərtlərdən biri məhz Moskvanın bölgədən çəkilməsi və ya təsir alətlərinin zəifləməsidir. Tarixi proseslər göstərir ki, regionda inteqrasiya təşəbbüslərinin qarşısını alan ən güclü aktor Rusiya olub. Kreml müxtəlif dövrlərdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında qarşıdurma mühitini dərinləşdirmək, qarşılıqlı etimadı sarsıtmaq, süni gərginlik sahələri yaratmaqla öz təsirini qorumağa çalışıb. Buna görə də Gürcüstan öz xarici siyasət kursunu dəyişmədiyi təqdirdə, Cənubi Qafqazda vahid strateji xəttin formalaşması və dövlətlərin bir-birini açıq şəkildə dəstəkləməsi real görünmür. Tbilisinin seçimi regionun gələcək təhlükəsizlik memarlığını müəyyənləşdirəcək əsas faktorlardan birinə çevrilib”.

Politoloqun fikrincə, bölgə üçün digər mühüm risk Ermənistanda keçiriləcək 2026-cı il parlament seçkilərinin nəticələri ilə bağlıdır:

“Hazırda Rusiyayönümlü siyasi qüvvələr seçkilərə blok şəklində qatılmağa qərar veriblər və bu bloklanma Moskvanın regiondakı təsirini bərpa etmək üçün növbəti cəhd kimi dəyərləndirilir. Rusiyadan asılı olan siyasi elita, biznes strukturları və xüsusilə kilsə institutunun yaratdığı koalisiya Paşinyan hökumətinə qarşı “son hücum” strategiyası üzərində çalışır. Bu isə təkcə Ermənistanın daxili siyasi mühitini deyil, ümumən Cənubi Qafqazın gələcək sabitliyini sual altına qoyur. Azərbaycan-Ermənistan münasibətləri, sərhədin demarkasiyası, Zəngəzur dəhlizi ilə bağlı razılaşmalar və ümumi sülh gündəliyinin davamı birbaşa Ermənistandakı siyasi kursdan asılıdır. Əgər Paşinyan seçkilərdə məğlub olarsa, bu yalnız hakimiyyətin dəyişməsi ilə nəticələnməyəcək, həm də ölkənin Konstitusiyasının dəyişdirilməsi təşəbbüsləri, regiona dair razılaşmaların dondurulması və Moskvanın bölgədə yenidən dominant aktora çevrilməsi ehtimalını artıracaq. Belə ssenari Cənubi Qafqaz dövlətləri arasında sıx əməkdaşlıq perspektivlərini ciddi şəkildə zəiflədər və bütün regionu qarşıdurma risklərinin artdığı yeni mərhələyə sürükləyə bilər”.

A.Səmədov bildirib ki, bu mənzərə fonunda ümidverici olan odur ki, Gürcüstan öz strateji səmtini yenidən qiymətləndirərək Rusiyayönümlü xətdən imtina edə, Qərblə tərəfdaşlığa qayıda bilər:

“Paralel olaraq, Ermənistanda keçiriləcək 2026-cı il seçkilərində Nikol Paşinyanın mövqeyini qoruması regionun sabitliyi və inteqrasiya cəhdlərinin davamı üçün mühüm əhəmiyyət kəsb edir. Burada Qərbin rolu da xüsusi vurğulanmalıdır: əgər Avropa və ABŞ Moskvanın Ermənistandakı Rusiyayönümlü qüvvələri dəstəklədiyi qədər Paşinyana siyasi və iqtisadi dəstək versə, Cənubi Qafqazda geosiyasi balans Qərbin xeyrinə dəyişə, regionda daha dayanıqlı əməkdaşlıq mühiti yarana bilər. Bu amilin hər biri təkcə dövlətlərin fərdi taleyini deyil, bütövlükdə regionun təhlükəsizliyini, iqtisadi inkişafını və siyasi gələcəyini müəyyənləşdirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri