Icma.az
close
up
RU
Xatirə Hüseynova: Efirlərimiz məişət mövzularının meydanına çevrilib

Xatirə Hüseynova: Efirlərimiz məişət mövzularının meydanına çevrilib

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 “Bu məsələ ictimaiyyətin tənqid etdiyi əsas mövzulardan biridir”


“Uşaqlar daha çox xarici istehsal olan animasiya və filmlərə baxırlar ki, bu da milli dəyərlərin təbliği sahəsində problemlərə səbəb ola bilər”


“Bəzən bir cizgi filminin, hansısa bir film qəhrəmanının ötürdüyü mesaj keçilən dərslərdən daha çox uşağa təsir göstərə bilər”


Azərbaycanda televiziya yayımı ilk dəfə 14 fevral 1956-cı ildə başladı. Həmin gün Bakı Televiziya Studiyası rəsmi olaraq fəaliyyətə başladı və axşam saat 19:00-da ilk televiziya proqramı efirə verildi. Bu, Azərbaycanın televiziya tarixində mühüm bir hadisə oldu.

İlk yayımlar məhdud əhatə dairəsində və qara-ağ formatda həyata keçirilirdi. İlk televiziya aparıcılarından biri Nəcibə Məlikova olub. İlk illərdə proqramlar əsasən informasiya, ədəbi-bədii verilişlər və teatr tamaşalarından ibarət idi.

Sonrakı illərdə Azərbaycan televiziyası inkişaf edərək rəngli yayım sisteminə keçdi, texniki imkanlarını genişləndirdi və müxtəlif tematik kanallar yarandı. Hazırda Azərbaycan televiziya məkanı geniş şəbəkəyə malikdir və müxtəlif platformalar üzərindən yayımlanır. Maraqlıdır, bu gün televiziyamızın mövcud vəziyyəti necədir?



Mövzu ilə bağlı "Sherg.az"in budəfəki müsahibi media eksperti Xatirə Hüseynovadır. Suallarımızı cavablandıran ekspert 14 fevral Azərbaycan televiziyasının yaranması münasibətilə 69 yaşlı ana televiziyamızı, eləcə də bütün həmkarlarını ürəkdən təbrik etdiyini söyləyib.

- Salam, Xatirə xanım. Sizcə, hazırda Azərbaycan televiziyasının durumu hansı səviyyədədir?


- Azərbaycan televiziyasının hazırkı vəziyyətini təhlil edərkən məsələyə kompleks halında yanaşmaq mütləqdir. Həm müsbət, həm də mənfi məqamları nəzərə almaq lazımdır. Son illərdə televiziyamızda texniki baxımdan irəliləyişlər və beynəlxalq standartlara uyğunlaşma müşahidə olunsa da, məzmun baxımından ciddi problemlər qalmaqdadır. Xüsusilə, bir-birinə oxşar eyni formatlı verilişlərin təkrarlanması, yeni maarifləndirici və analitik proqramların azlığı tamaşaçıların haqlı narazılığına səbəb olur. Ekranın əyləncə və məişət mövzularının uzun-uzadı çək-çevir meydanına çevrilməsi ictimaiyyətin tənqid etdiyi əsas məsələlərdən biridir. Bir kəsim isə bu tipli proqramları, əslində, cəmiyyətin tələbinə uyğun təklif kimi dəyərləndirir. Mübahisəli mövzudur. Bununla belə, bəzi kanallar cəmiyyətə faydalı ola biləcək layihələr təqdim etməyə çalışırlar. Son zamanlar televiziyamızda yeni proqramlar, tok-şoular, maraqlı analitik verilişlər də az deyil. Ümumiyyətlə, Azərbaycan televiziyasında daha rəqabətli və keyfiyyətli məzmun yaratmaq üçün yeni yanaşmalara ehtiyac duyulur.

- İctimaiyyət arasında belə bir fikir var ki, televiziya və radiolarda peşəkar maarifləndirici proqramlar çox azdır. Bunun səbəbi nədir? Biz nə vaxta qədər aşağı səviyyəli məişət proqramlarına baxacağıq?


- Televiziyada maarifləndirici proqramların azlığı bir neçə amillə izah edilə bilər. İlk növbədə, televiziya kanallarının kommersiya yönümlü olması, yəni reytinq qazanmaq üçün daha asan və cəlbedici məzmunlara üstünlük verməsi əsas səbəbdir. Digər tərəfdən isə maarifləndirici proqramların hazırlanması daha çox araşdırma və peşəkarlıq tələb etdiyindən, bəzi kanallar bu istiqamətdə sərmayə qoymağa maraq göstərmirlər. Eyni zamanda nəzərə alaq ki, tamaşaçıların böyük bir hissəsi də əyləncəli proqramlara üstünlük verir. Çünki hazırkı dövrdə texnologiyanın inkişafı televiziya auditoriyasının tərkibinə ciddi təsir göstərir. Bu da keyfiyyətli və intellektual məzmunun populyarlığını azaldır. Zənnimcə, günümüzün media siyasəti bu sahəyə daha çox diqqət yetirməlidir ki, nəticədə tamaşaçıya balanslı, çoxçeşidli məzmun təqdim edə bilək. 

- Azərbaycanda yerli istehsal animasiya, cizgi filmləri, ümumiyyətlə, uşaqlara yönəlik verilişlər ya yoxdur, ya da çox azdır. Yaşlı nəsil uşaq proqramlarının maarifçi gücündən yaxşı xəbərdardır. Belə proqramların sayını artırmaq üçün nə etmək lazımdır?


- Düşünürəm ki, uşaqlara yönəlik proqramların və animasiyaların azlığı bu sahəyə kifayət qədər investisiya edilməməsi ilə bağlıdır. Yerli animasiya və cizgi filmlərinin hazırlanması üçün texniki imkanlar, ssenari yazan mütəxəssislər və maliyyə dəstəyi lazımdır. Hazırda uşaqlar daha çox xarici istehsal olan animasiya və filmlərə baxırlar ki, bu da milli dəyərlərin təbliği sahəsində problemlərə səbəb ola bilər. Bəzən bir cizgi filminin, hansısa bir film qəhrəmanının ötürdüyü mesaj keçilən dərslərdən daha çox uşağa təsir göstərə bilər. Orta yaşlı nəsil yaxşı bilər, bizim formalaşmağımızda uşaq filmlərinin, dostluğu, qayğıkeşliyi, vətənə məhəbbəti tərənnüm edən cizgi filmlərinin rolu danılmazdır. Maarifləndirici uşaq proqramlarının sayını artırmaq üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilsə, bu sahəyə xüsusi diqqət ayrılsa, daha gözəl nəticələr əldə etmək olar. Bundan əlavə, yerli prodüser və rejissorlar bu sahədə qabaqcıl xarici təcrübəni mənimsəyib daha peşəkar məhsul ərsəyə gətirə bilərlər. Beləliklə, gələcək nəsillər üçün milli və keyfiyyətli uşaq kontenti yaratmaq mümkün olar.

- Televiziya kanallarında işarət dili tətbiq ediləcək. Bu, televiziya auditoriyasının dəyişməsinə təsir göstərəcəkmi?

- Televiziya kanallarında işarət dilinin tətbiqi inklüzivlik baxımından mühüm bir addımdır, bu, cəmiyyətin müxtəlif qruplarını ekran qarşısına cəlb edə bilər. Bu addım eşitmə qabiliyyəti məhdud olan insanlar üçün informasiyaya çıxışı asanlaşdıracaq və onların cəmiyyətə inteqrasiyasına töhfə verəcək. Məncə, bu, önəmli bir addım olacaq. Çünki televiziya məzmununa əlçatanlığın genişlənməsi ümumilikdə auditoriyanın profilinə də təsir göstərəcək. Zənnimcə, xüsusilə, xəbər proqramları, ictimai-siyasi tok-şoular və maarifləndirici proqramlarda işarət dilinin tətbiqi vacibdir. Ümumilikdə, bu addım televiziyaya inklüziv və müasir yanaşmanın inkişafına xidmət edəcək, cəmiyyətin diqqətdən kənarda qalan kəsimlərini də kütləvi kommunikasiya prosesinə cəlb edəcək.

- Radio və televiziyalar üçün daha peşəkar kadrların hazırlanması istiqamətində hansı addımlar atılmalıdır?


- Bu məsələyə köklü yanaşmaq vacibdir. İlk növbədə, jurnalistika və kütləvi informasiya vasitələri üzrə təhsil proqramları müasir standartlara uyğun təkmilləşdirilir. Bununla yanaşı, universitetlər və media şirkətləri arasında əməkdaşlıq gücləndirilməli, tələbələr üçün praktiki təcrübə imkanları artırılmalıdır. Həmçinin beynəlxalq təcrübədən faydalanmaq üçün jurnalistlərin xaricdə təhsil və təcrübə proqramlarına qatılması stimullaşdırılmalıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu sahədə ciddi işlər görülür. BDU jurnalist-tələbələrin praktik baxımdan müasir dövrün tələblərinə uyğun yetişdirilməsi  üçün Media Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir. Jurnalistika fakültəsində fəaliyyət göstərən Tədris Teleradio Studiyası gənc jurnalistlərin peşəkar vərdişlərini cilalamaq üçün unikal imkanlar yaradır. Peşəkar kadrların hazırlanması təkcə jurnalistika sahəsinin deyil, bütövlükdə media sektorunun inkişafına müsbət təsir göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see242

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri