Xavier Nelson: Azərbaycan Prezidentinin hər bir sualı cavablandırması əlamətdar bir an idi
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyevin hər bir sualı cavablandırması əlamətdar bir an idi.
Bunu APA-ya açıqlamasında III Şuşa Qlobal Media Forumunda iştirak edən Fransız Qvianasının media nümayəndəsi Xavier Nelson deyib.
Xavier Nelson bildirib ki, Şuşa Qlobal Media Forumunda iştirak etməkdən məmnundur: “Tədbirə Bakı Təşəbbüs Qrupu tərəfindən dəvət olunmuşam, tədbir məni heyran etdi. Вünən Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə apardıq. Azərbaycan Prezidenti hər bir qonağın suallarını cavablandırdı və bu, mənim üçün əlamətdar bir an idi. Bu gün media savadlılığı mövzusunda panel maraqlıdır. Media və süni intellektə gəlincə, bu, həm fürsət, həm də bir çağırışdır. Öz peşəmizdə media savadlılığını necə qoruyub saxlaya biləcəyimizi araşdıracağıq”.
Xavier Nelson tədbirlə əlaqədar təşkilatçılığı yüksək qiymətləndirib: “Təşkilatçılıq, hər şeyin necə həyata keçirildiyi məni valeh etdi. Azərbaycana qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















