Icma.az
close
up
RU
Xayanın xərçəng xəstəliyi

Xayanın xərçəng xəstəliyi

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Xaya xərçəngi - az təsadüf edilsə də, çox ağır xəstəlikdir. Xəstəlik 20-40 yaşında olan kişilərdə təsadüf edilir və bəzi hallarda tez bir zamanda böyrəklərə, ağ ciyərlərə, qara ciyərə metastazlar verir.

Belə hesab edirlər ki, 40 yaşından sonra xəstəliyə çox tək-tək hallarda rast gəlinir.

Statistik məlumatlara əsasən, son illər ərzində xəstəliyə tutulma hallarının artması qeyd edilməkdədir.

Alimlər xəstəliyin inkişaf etməsinin əsas səbəbinin irsiyyət olduğunu qeyd edirlər. Xaya xərçənginin inkişaf etməsi üçün əsas təhlükə faktorlarından biri də kriptorxizmdir (xayaların qarın boşluğundan xayalığa enməməsi). Bətndaxili inkişaf dövründə xayalar xayalığa enirlər. Yəni uşaq doğularkən xayalar artıq xayalıqda yerləşmiş olmalıdırlar. Doğularkən bu, baş verməmişdirsə, hələ bir il müddətində xayaların öz-özünə xayalığa enməsi baş verə bilər. Bir yaşından sonra isə artıq bunun baş verməsi mümkün olmur. Bu zaman xayalar ancaq cərrahi müdaxilə aparılmaqla xayalığa endirilə bilərlər. Qarın boşluğunda hərarətin xayalıqda olan hərarətdən artıq olması xayalarda şişin əmələ gəlməsinə təkan verir. Xayaların qarın boşluğunda qalması nə qədər uzun müddət olarsa, bu uşaqda gələcəkdə xaya xərçənginin yaranma təhlükəsi də bir o qədər yüksək olur.

Xayada ilk şiş hüceyrəsinin əmələ gəlməsindən şişin özünü kliniki əlamətlərlə büruzə verməsinə qədər olan dövr 7 ildən artıq bir vaxt təşkil edir. Ancaq bundan sonra şiş daha sürətlə artmağa başlayır və 6 ay – 1 il ərzində böyük ölçülərə çatmış olur. Buna görə də, özünün xayalıq nahiyəsində - xaya ölçüsünün artması, onun qeyri-adi konsistensiyası, qeyri-həmcinsliyi (müxtəlif tərkibliliyi), bərkimə sahələri, xayalıqda ağırlıq hissiyyatı aşkar edən kişilər mümkün qədər tez bir zamanda həkimə müraciət etməlidir!

Yadda saxlamaq lazımdır ki, xaya şişi ağrı hissiyyatı vermir! Ancaq özünün xayalıq nahiyəsində hər hansı bir dəyişiklik aşkar etdikdə əvvəlcədən vahiməyə düşmək lazım deyil. Çünki xayanın xərçəng xəstəliyini xaya hidropsu, xaya kistaları və digər xəstəliklərlə qarışdırmaq olar.

Diaqnozun təsdiq edilməsi üçün həkim xayaları diqqətlə müayinə edir, USM, qanın spesifik markerlərə (alfa-fetoprotein, xorionik qonadotropin) müayinəsi və digər müayinələri təyin edir.

Bəs xayanın xərçənginin müalicəsi necə aparılır?

Xəstəliyin müalicəsi ancaq cərrahi yolladır. Şişin bədxassəli olması təsdiq olunandan sonra zədələnmiş xaya cərrahi yolla xaric edilir. Xoşbəxtlikdən əksər hallarda xayanın xərçəngi şüa terapiyası ilə və müasir kimyəvi preparatlarla müalicə üsullarına yaxşı tabe olur. Əksər hallarda bir xaya xaric edildikdən sonra digər xaya saxlandığına görə kişilərdə seksual funksiyalar da saxlanmış olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri