Icma.az
close
up
RU
Xəbər cazibəli olsa da, ilk baxışda ictimai əhəmiyyət kəsb etsə də, onun doğruluğu daha önəmlidir RƏY

Xəbər cazibəli olsa da, ilk baxışda ictimai əhəmiyyət kəsb etsə də, onun doğruluğu daha önəmlidir RƏY

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Azərbaycanın informasiya məkanında onlayn media və sosial şəbəkələrin üstünlüyü tendensiyası özünü göstərir. Artıq əvvəlki illərdən fərqli olaraq televiziya və radiolar bir çox hallarda sosial medianın arxasınca gedir, sosial media platformalarında müzakirəyə çıxarılan mövzular çərçivəsində reportaj hazırlayırlar. Bütün bunlar media savadlılığının artırılmasının önəmini bir daha ortaya qoyur. Məhz bu səbəblə də Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə ölkəmizdə 16-22 dekabr “Media Savadlılığı” Həftəsi elan edilib. 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Yadigar Məmmədli deyib ki, “Media Savadlılığı” Həftəsinin ilk uğuru media camiyəsində çox ciddi canlanmanın yaranmasıdır: 

“Medinın İnkişafı Agentliyi yaranan gündən və “Media haqqında” qanun qəbul ediləndən sonra bir çox gərəkli fəaliyyətlər ortaya qoyub, çoxlu sayda tədbirlər, jurnalistlər üçün təlimlər beynəlxalq konfranslar keçirilib, seminarlar təşkil olunub. Bütün bunlar müsbət nəticələr verir. Həm də ənənəvi olaraq “Media Savadlılığı” Həftəsi çərçivəsində media mənsublarına, cəmiyyətə yönəlik bir sıra təlimlər, seminarlar təşkil edilir. MEDİA-nın tələblərindən biri də xəbərlərin özəl olmasıdır. Yəni hər sayt, jurnalist ölkə səviyyəsində yayılması vacib olan xəbərlərdən əlavə özəl xəbərlər də tapmalıdır. Çox təəssüf ki, bu sarıdan istənilən nəticəyə gəlib çıxmamışıq. Əvvəlki dövlərdə olduğu kimi xəbərə olan inam, xəbərin cəmiyyətə verdiyi yenilik, onun doğurduğu rezonans çox geniş deyil. Özəl xəbər kimi diqqəti cəlb edən xəbər sayı azdır. Son zamanlar sosial şəbəkələr üzərindən saxta, feyk xəbərlər daha çox yayılır. Bu da, təəssüf ki, xəbər saytlarına siraət edir. Yoxlamadan, dəqiqləşdirmədən dezinformasiyaları yayırlar. Bu baxımdan jurnalistlərin üzərinə daha çox məsuliyyət düşür. Xəbər cazibəli olsa da, ilk baxışda ictimai əhəmiyyət kəsb etsə də, onun doğruluğu daha önəmlidir. Hər zaman əsas gətirmişik ki, xəbər bir neçə mənbədən təsdiqini tapandan sonra ictimaiyyətə çatdırılmalıdır. Bu, bəzən jurnalistlər tərəfindən unudulur. Xəbəri eşidən kimi hər hansı sayta istinad edərək, bəzən istinad etməyərək onu yayımlayırlar. Bu da dezinformasiyanın daha geniş yayılmasına gətirib çıxarır. Məhz media savadlılığının da qarşısına qoyulan hədəflərdən biri budur ki, jurnalistlər xəbər hazırlayarkən və onu cəmiyyətə ötürərkən onun maraqlı deyil, əhəmiyyətli olmasını nəzərə alsınlar”. 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva da bildirib ki, media savadlılığı  bütün ölkələr üçün aktualdır:  

 “Yeni texnoloji nailiyyətlər insanın informasiya əldə etmək, tirajlamaq, paylaşmaq imkanlarını artırır. Bunun sayəsində bütün dünyada adına vətəndaş jurnalistikası dediyimiz yeni media təmsilçiləri yarandı. Bütün ölkələrdə medianın təməl qanunlarından az xəbərdar  olan, amma mediada aktiv rol oynayan, populyar xəbər ötürücüləri olan təsisatlar var ki, onlara media savadlılığı anlayışı vacibdir. Yeni nəsil aktiv informasiya ötürücüsü nümayəndələri media savadlılığı barədə mütləq öyrənməlidirlər. Çünki onların çox geniş əhatələri var, bu gün üçün qəzetlərin, televiziyanın gördüyü işdən daha geniş kütlələrə informasiya tirajlayırlar. Media savadsızlığı onlarda həm də məsuliyyətsizlik yaradır. Müasir insan sosial platforma üzərindən informasiyanı almaq istəyir, nəinki başqa yerdən. Bu səbəbdən media savadlılığı siravi insandan, “vətəndaş jurnalistikası” adlandırdığımız şəxslərdən, media icmalarından, təsisatlarından tutmuş hamıya vacibdir. Xüsusilə, son illər medianın platformalarından kənar maraqlar üçün istifadə olunma təcrübəsi geniş tətbiq olunmaqdadır. Faktiki olaraq sosial platformalar rəsmi instansiyaların informasiyalarını qat-qat qabaqlayır. Elə təəssürat yaranır ki, rəsmi instansiyaların üzərinə sosial platformalarda paylaşılan qeyri-rəsmi, bəzən qeyri-ciddi informasiyaların fəsadlarını ortadan yığışdırmaq öhdəliyi düşüb. Çünki “informasiya çirkliliyi” olan bir info mühit yaranıb. Belə bir mühitdə vətəndaşın kimə inanıb-inanmaması çoxlu suallar doğurur”. 

Y.Hacıyeva tövsiyə edib ki, media savadlılığı artırılmalıdır: “Medianın təməl qanunları  haqqında baza məlumatlar sıravi insanlarda da olsa, yaxşı olar. Bu, cəmiyyətdə həlledici günlərdə qeyri-rəsmi, çox vaxt qeyri-ciddi, məqsədli təbliğatın qarşısının alınması istiqamətində bir immunitet formalaşdıra bilər. Bu gün üçün informasiyanı birinci çatdırmaq yarışında çox güvənli, kifayət qədər dəstəklənən media təsisatları da yanlış informasiyalar paylaşa bilirlər. Sonradan həmin informasiyalara düzəliş edirlər, lakin məsələ bundadır ki, insan şüuraltında ilk gördüyü şeyə, ilk aldığı informasiyaya inanır, nəinki sonradan düzəlişlərə. Artıq insanın ilk gördüyü, ilk oxuduğu onun qənaətini formalaşdırır. Sonradan “belə deyildi” kimi bəyanatlar vəziyyəti xilas etmir. Ən böyük irad bildiriləsi məsələ hazırkı dövrdə proseslərin bəlli, həlledici günlərdə sadəcə bəyanatlar, çağırışlarla həll etmək cəhdləridir. Bəzən siyasi və s. mövzularda bu kimi çağırışların mediada təqdimatının ciddiliyi şübhə doğurur. Halbuki bu çağırışları tirajlayanlar kifayət qədər hörmət olunan təsisatlar da ola bilir”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. 

Aytəkin Qardaşova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Dekabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see386

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see190

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see109

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri