Icma.az
close
up
RU
Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir Hacıbəy Heydərli

Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir Hacıbəy Heydərli

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Son dövrlər sosial media platformalarında - xüsusən "instagram”da fəaliyyət göstərən media subyektlərinə aid xəbər səhifələrinin əsassız şikayətlər əsasında bloklanması və ya tamamilə silinməsi hallarına rast gəlinməkdədir. Bu cür hallar jurnalistlərin informasiya yaymaq hüququna və ictimaiyyətin operativ şəkildə məlumat əldə etmək imkanına ciddi şəkildə təsir göstərir”.

Lent.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli deyib. 

O qeyd edib ki, son zamanlar bir çox "instagram” xəbər səhifəsi tamamilə bağlanıb və ya məhdudlaşdırılıb: 

"Komissiyamıza daxil olan müraciətlərdən və müşahidələrimizdən belə qənaətə gəlmək olur ki, geniş izləyici auditoriyasına malik, uzun illərdir sosial şəbəkələrdə rəsmi mənbələrə əsaslanaraq xəbər paylaşımı ilə məşğul olan bir neçə məşhur media subyektinin, xəbər səhifəsinin rəsmi məlumatlar və ya mənbələr əsasında yayımladığı xəbərlərə görə şikayət olunaraq "Instagram” platformasından silinib”.

Hacıbəy Heydərli bildirib ki, sosial media səhifələri araşdırılmadan bloklanır: 

"Sosial media platformalarının şikayətləri avtomatik şəkildə, dərin analiz aparmadan bloklaması, silməsi media nümayəndələrinin fəaliyyəti üçün ciddi təhlükə və təhdid yaradır. 

Bu cür hallarda səhifələrin yalnız qarşı tərəfin şikayəti geri çəkməsi halında bərpa edilməsi mexanizmi isə prosesin qeyri-şəffaf və birtərəfli həyata keçirildiyini göstərir”. 

Hacıbəy Heydərli şikayətçilər haqda da danışıb: 

"Son müşahidələr göstərir ki, "Instagram” sosial platformasında fəaliyyət göstərən xəbər səhifələri, böyük izləyici kütləsinə malik müğənnilər, bloqerlər, influenserlər və həkimlərin şikayətləri əsasında, heç bir əsas olmadan bağlanır. Qeyd etmək lazımdır ki, bu şəxslər ictimai maraq funksiyası daşıyır və onların fəaliyyəti barədə məlumat paylaşmaq tamamilə qanunidir.

Son olaraq isə xalq artisti Röya Ayxanın şikayətinə görə "lent.az”ın instagram səhifəsi bloklanıb. Əslində isə sayt müğənninin hər kəsə açıq olan profilində paylaşdığı foto əsasında xəbər hazırlayıbmış. Xalq artistinin media subyektinə qarşı bu cür "hücumu” heç cür anlaşılan deyil. Düşünürəm ki, müğənni sayta müraciət etsəydi, bu məsələ 2 tərəf arasında həll edilərdi. Görünən odur ki, bəzi şəxslər özlərini toxunulmaz elan etmək üçün bu yola əl atırlar. 

Hacıbəy Heydərli həmçinin qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası bu kimi hallarla bağlı təkliflər hazırlayacaq:

"Düşünürəm ki, sosial mediada fəaliyyət göstərən və peşəkar jurnalistika prinsiplərinə sadiq olan media səhifələrinin qorunması, onların əsassız müdaxilələrdən müdafiəsi vacib məsələdir. Son vaxtlar bu istiqamətdə daxil olan müraciətlərin çoxluğu sosial media platformalarında jurnalistlərin hüquqi müdafiəsinin zəif olduğunu ortaya qoyur.

Komissiya mövcud vəziyyətin daha dərindən araşdırılması, media subyektlərinin, xəbər səhifələrinin əsassız silinməsi halların qarşısının alınması, həmçinin sosial şəbəkələrdə fəaliyyət göstərən media qurumlarının hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq təklifləri hazırlayır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Avqust 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri