Icma.az
close
up
RU
Xəbərdarlıq: “Əgər bu əlamətlər sizdə varsa, dərhal həkimə gedin, əks halda…” KONKRET

Xəbərdarlıq: “Əgər bu əlamətlər sizdə varsa, dərhal həkimə gedin, əks halda…” KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yay aylarında havaların dəyişkən keçməsi insanların sağlamlığına həm müsbət, həm də mənfi təsir göstərir. Havaların isinməsi, xüsusilə dəniz mövsümünün açılması insanların əhval-ruhiyyəsinə müsbət təsir etsə də, qeyri-sabit hava şəraiti bir sıra sağlamlıq problemlərinə yol aça bilər”.

Bu sözləri həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında səsləndirib.

Həkimin sözlərinə görə, son günlərdə qrip viruslarına yoluxma hallarında artım müşahidə olunur. Eyni zamanda, halsızlıq və yuxululuq kimi şikayətlərlə tibbi müraciətlərin sayı da çoxalıb.

Mütəxəssis bu hallarının səbəblərindən birinin məhz havanın kəskin dəyişməsi olduğunu vurğulayıb.

“Qan təzyiqində oynama halları artır. Günəş altında uzun müddət qalmaq belə təzyiqin dəyişməsinə səbəb ola bilər. Halsızlıq və yuxululuq kimi şikayətlərlə müraciət edən şəxslər əvvəlcə terapevt, daha sonra isə endokrinoloq müayinəsindən keçməlidirlər,” – deyə həkim bildirib.

Uzunmüddətli halsızlıq hormonal problemlərin göstəricisi ola bilər. Bu zaman hormonal analizlərin verilməsi tövsiyə olunur. Mütəxəssis bildirir ki, günəşli havaya baxmayaraq, D vitamini çatışmazlığı geniş yayılıb. Bu isə xüsusilə, insulin dirənci olan, qalxanabənzər vəzisində problem yaşayan şəxslərdə daha çox halsızlıq ilə nəticələnir.

 “Halsızlıq və yorğunluq simptomlarını yüngül qəbul etməyin. Bu, bəzən daha ciddi xəstəliklərin xəbərçisi ola bilər.”

Profilaktik tədbir olaraq isə G. Lətifova bunları tövsiyə edir:

•Bol su içmək

•Gündəlik fiziki aktivlik, yürüyüş

•Açıq havada, xüsusilə yaşıllıq olan ərazilərdə vaxt keçirmək

•Yuxu rejimini normallaşdırmaq

Həkim-terapevt vətəndaşlara sağlamlıqlarına qarşı diqqətli olmağı və havaların dəyişkənliyinə uyğun həyat tərzi seçməyi tövsiyə edir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyul 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri