Xəbərdarlıq: İranı tərk edin
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya Xarici İşlər Nazirliyi “Avropa üçlüyü”nün (Almaniya, Böyük Britaniya, Fransa) Tehrana qarşı sanksiyaları bərpa etmək cəhdləri fonunda öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Biz İrana səfər etməmək barədə xəbərdarlıq edirik. Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırırıq”, - bəyanatda deyilib.
Qurum izah edib ki, İran hökumətinin nümayəndələri keçmişdə belə bir addıma cavab olaraq dəfələrlə nəticələrlə hədələdikləri üçün cavab tədbirlərinin Almaniyanın maraqlarına və vətəndaşlarına təsir göstərə biləcəyini istisna etmək olmaz.
“Almaniyanın Tehrandakı səfirliyi hazırda vətəndaşlara yalnız məhdud miqyasda konsulluq yardımı göstərə bilər”, - XİN əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 29 Avqust 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















