Icma.az
close
up
RU
Xəbərdarlıq qəbzi, yoxsa özbaşınalıq: Azərişıq işığımızı nə vaxt kəsə bilər?

Xəbərdarlıq qəbzi, yoxsa özbaşınalıq: Azərişıq işığımızı nə vaxt kəsə bilər?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Radio aparıcısı Teymur Əliyev "Azərişıq" ASC-dən şikayətlənib.

Oxu.Az xəbər verir ki, T.Əliyev sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, ona hər ay işığa ödəniş edilməsi ilə xoş olmayan formada xəbərdarlıq qəbzi göndərilir:

"Mənzilimin qapısında az qala hər ay belə ultimativ bir vərəqə qoyulur. Bunu oxuyanda adam elə bilir, dəhşətli bir səhvə yol verib, aylarla bunların pulunu ödəməyib.

Bu nə hörmətsiz və ən əsası qanunsuz davranışdır ay, "Azərişıq" ASC? Sizin əməkdaş gəlib sayğacın göstəricisinə baxıb sistemə yazan kimi, elə həmin anda bu kağızları qapılara qoyur ki, bu gün ödəməsəniz, elektriki kəsəcəyik. Lakin Nazirlər Kabinetinin "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 9.13.2. maddəsində deyilir ki, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji verilişi dayandırıla bilər.

Bu axmaq vərəqə bir də mənim qapımda olsa, üstünə "dayandırmayanı da" yazıb poçtla sizə göndərəcəyəm.

Mən elektrik enerjisinə görə ödənişi sistemdə peyda olan kimi, ilk gördüyüm anda ödəyirəm. Ödənişim bir ay yox, heç bir həftə çəkmir".

Məsələ ilə bağlı məlumat almaq üçün "Azərişıq" ASC-nin Mətbuat Xidmətinə sorğu ünvanladıq. Çox keçmədən qurum əməkdaşı aparıcının özünə zəng edərək, yanlışlıq olduğunu vurğulayıb. Lakin sosial şəbəkə platformalarında sözügedən situasiyanı başqa şəxslər də yaşadıqlarını qeyd ediblər.

Bəs görəsən, qanunauyğun olaraq ödəniş hansı müddət ərzində edilməlidir? Ən əsası, "Azərişıq" ASC abonentlərə işıq verilişini nə vaxt dayandıra bilər?

Vəkil Turan Abdullazadə mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

O bildirib ki, bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları" ilə tənzimlənir:

"Belə ki, həmin Qaydaların 9.13-cü maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır:

1) İstehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

2) Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;

3) Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

4) Enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;

5) Məhkəmənin qərarı ilə;

6) Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.

İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir".

Vəkil əlavə edib ki, elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır.

Elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir gün müddətində enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsi bərpa edilməlidir.

Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Qeyd olunan qaydaların müddəalarından da göründüyü kimi, vətəndaşın elektrik enerjisinə olan borcunun gün ərzində ödənilməsini tələb etmək tam qanunsuzdur. Belə ki, qanunvericilikdə vətəndaşın elektrik enerjisinə görə borcunun ödənilməsi üçün ona 30 gün, yəni 1 ay vaxt verilib. Vətəndaşa bu cür təzyiq xarakterli bildirişin hüquqi əsası yoxdur və qanunsuzdur.

Bununla bağlı vətəndaş istehlakçı hüquqlarının pozulması ilə əlaqədar Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, "Azərenerji" ASC-nin və "Azərişıq" ASC-nin rəhbərliyinə, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinə, habelə məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Fevral 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri