Azərişıq dan özbaşınalıq: Jurnalistlərin binası nda borcu olmayanların işıqları niyə kəsilib?
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İl yeni daxil olsa da, "Azərişıq" ASC-nın bəzi əməkdaşları işıqpulu yığmaq adı ilə quldurluq edirlər.
Mia.az xəbər verir ki, onlar bu dəfə Bakının Səbail rayonu ərazisində - "Jurnalistlərin binası"nda hətta borcu olmayan sakinlərin işıqlarını qanunsuz kəsiblər.
"Jurnalistlərin Biansının "Votsap" qrupunda yazılanlardan bəlli olur ki, son dekabr ayının işıq qəbzləri yanvarın 5-6-ı paylansa da, "Azərişıq" əməkdaşları indidən bnaya "hücum" çəkiblər: "Qanunla onların, ümumiyyətlə, belə özbaşına formada sayğacdan işıqları söndürməyə səlahiyyətləri yoxdur. Ancaq fakt budur ki, hətta dekabr ayının borcunu ödəyən sakinlərin də işıqlarını dayandırıblar. Belə özbaşınalıq olar?!"
Sakinlər deyir ki, "Azərişıq" əməkdaşları binanın həyətinə "kəsim briqadası" ilə gəldikdən sonra 2-3 ay borcu olanların sayğaclarının zirzəmidən söndürüləcəyini deyiblər: "Bunu da yalnız həyətdə olan 3-5 nəfərə deyiblər. Görünən budur ki, bu barədə sakinlərə əvvəlcədən heç bir rəsmi xəbərdarlıq olmayıb. Üstəlik, kortəbii davranaraq, "seçmə üsulu" ilə borcu olmayanların da işıqları söndürülüb. Hazırda bu səbəbdən binada narazılıq yaranıb..."
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 16 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















