Icma.az
close
up
RU
Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər Genişmiqyaslı müharibə riski qalır

Xəbərdarlıq: Vəziyyət hər an dəyişə bilər Genişmiqyaslı müharibə riski qalır

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il də imzalanmadı. Heç çərçivə sazişi də reallaşmadı. Buna əsas səbəb Ermənistan hakimiyyətinin sülhdən yayınmasıdır. 

Rəsmi Bakı sülh mövzusunda ənənəvi mövqeyində qalır. Ermənistan konstitusiya dəyişikliyinə gedib, ölkəmizə qarşı ərazi iddiasından əl çəkməsə, təklif edilən sülh müqaviləsini imzalamayacaq.

Bəs 2025-ci ildə bu reallaşa bilərmi? Yoxsa yeni eskalasiya riski var?  

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, açıq müharibə vəziyyətinin və ərazi iddialarının olmamasını özündə ehtiva etməyən sülh sənədinin imzalanması çətin ki, regionda sabitliyə gətirib çıxarsın:

“İrəvanın sülh müzakirələrini prioritet elan etdiyi bir zamanda sürətlə silahlanması da bir-birinə zidd anlayışlardır. Amma sülhün əldə olunmasına təhdid yaradan nüanslar bununla yekunlaşmır. Belə ki, Ermənistanın Konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Müstəqillik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır. Belə olan şəraitdə isə mütləq sülh sazişinin imzalanması məntiqi cəhətdən real görünmür, təbii ki, istisna hallar da mövcuddur.

Digər bir qarışıq məsələ isə Ermənistanın konstitusiya islahatları ilə bağlı referendumu 2027-ci ildə keçirilməsini planlaşdırması, lakin konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu və xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul etməsidir. Deməli, Ermənistan indiki vəziyyətdə belə ölkəmizə qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil.

Ümumilikdə isə Ermənistan hər addımda danışıqların gündəliyinə yeni elementlər daxil etməyə və bununla da sülh müqaviləsinin imzalanması prosesini pozmağa və ya ləngitməyə çalışır. Ermənistanın istədiyi sülh isə regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyə hesablanmayıb, sadəcə, öz himayədarlarının direktivlərini yerinə yetirərək iqtisadi və tranzit baxımından dividentlər qazanmağı hədəfləyir”.

Elmir Səftərov

Siyasi şərhçinin sözlərinə görə, əgər mütləq sülh sazişindən danışırıqsa, ilk növbədə, Ermənistan ölkəmizə qarşı ərazi iddialarını normativ-hüquqi sənədlərindən çıxarmalıdır:

“Bundan əlavə, Ermənistan hərbi quruculuq siyasətində ciddi dəyişiklik etməli, şərti sərhəddən hücum tipli və uzaq mənzilli silahları yığışdırılmalıdır. Yaxın keçmişi işğalçılıq faktları ilə “zəngin” olan bir dövlətin öz qonşusuna qarşı konstitusiyasında ərazi iddialarını saxlamaqla və silahlanmaqla paralel olaraq sülh sazişi imzalamaq niyyətini ifadə etməsi zaman qazanmaqla, fürsət ələ düşən kimi bunu dəyərləndirmək planın bir hissəsidir. Ermənistan sülh yaratmaq istəsəydi, kapitulyasiyaya imza atmış dövlət kimi sənədi çoxdan imzalayardı”.

“Ümumiyyətlə, sülh müqaviləsi ilə bağlı ölkəmizin birmənalı mövqeyi var. Bu, Ermənistana da bəllidir. İstənilən halda indiki vəziyyətdə çərçivə sazişinin və ya qarşılıqlı razılaşdırılmış bir sənədin 2027-ci ilə qədər imzalanması ehtimalı var. Amma bu saziş də Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən bərpasını istisna etmir, çünki təcavüzçü dövlətin ritorikası hər an dəyişə və müxtəlif bəhanələrlə yeni təcavüzünə haqq qazandıra bilər. Regional tranzit dəhlizlərinin mexanizmləri ilə bağlı fikir ayrılıqları da genişmiqaysalı müharibəyə təkan verə bilər. Regionda baş verən mürəkkəb ictimai-siyasi transformasiyalara bilavasitə təsir edən regional və xarici oyunçuların çoxşaxəli geosiyasi maraqları isə Cənubi Qafqazda sülhü qaçılmaz edir. Bu da regiondakı vəziyyəti mürəkkəbləşdirir və situativ xarakterli bir hala gətirir” – deyə, Elmir Səftərov fikrini yekunlaşdırıb.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri