Britaniya hərbçiləri hərbi obyektlər üzərindəki PUA ları vura biləcəklər
Icma.az bildirir, Apa.az portalına istinadən.
Britaniya əsgərlərinə Böyük Britaniya ərazisindəki hərbi obyektlər üzərində şübhəli pilotsuz təyyarələri vurmaq imkanı veriləcək.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
"Hüquqi bazamız nəzərdən keçirilməlidir. Gördüyümüz potensial təhlükələrlə mübarizə aparmaq üçün yeni hüquqi səlahiyyətlər üzərində işləyirik. Böyük Britaniyanın hərbi obyektləri üzərində uçan naməlum pilotsuz təyyarələri vurmaq üçün qanuni səlahiyyətimiz olacaq. Biz ilk fürsətdə bu cür qanunvericiliyi tətbiq etməyə çalışacağıq", - o deyib.

Polşa üzərindəki PUA lar hücum sayılmır NATO
10 Sentyabr 2025 13:03
Britaniya ordusu PUA ları xəbərdarlıq etmədən vuracaq
20 Oktyabr 2025 18:18
Britaniya hərbçiləri ilk dəfə 12 metrlik sualtı PUA nı idarə ediblər
15 Avqust 2025 20:39
Böyük Britaniya nazirindən qərar: Hərbçilərə PUA ları vurmağa icazə veriləcək
20 Oktyabr 2025 10:59
Ukraynaya göndərilən Britaniya hərbçiləri döyüşməyəcək
28 Aprel 2025 14:50

