Icma.az
close
up
RU
Xəbərin əsas meyarı ictimai maraq olmalıdır Müşfiq Ələsgərli

Xəbərin əsas meyarı ictimai maraq olmalıdır Müşfiq Ələsgərli

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən Sumqayıtda parkda kişi meyidi aşkarlanıb. Hadisə barədə məlumat qısa müddətdə mediada geniş yayılıb. Lakin bəzi televiziya müxbirlərinin meyidin yanında stəndap etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bəs bu cür təqdimat jurnalist etikası prinsiplərinə uyğundur?

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Metbuat.az-a açıqlamasında bildirib ki, baş vermiş hadisə barədə xəbər hazırlamaq və yaymaq medianın ümumi missiyasına daxildir, amma jurnalistin işi həm də xəbər hazırlayarkən müəyyən etik standartlara da riayət etmək lazımdır:

"Xəbər hazırlanarkən onun ictimai yükü nəzərə alınmalıdır. Jurnalistika üçün əsas meyar ictimai maraqdır. Yəni istər xəbərin bütövlükdə məzmunu, istərsə də onun daxilindəki hər hansı detal ictimai maraq doğurursa, bu zaman həmin məlumatın paylaşılması məqbul sayılır. Bu, ölüm hadisələrinə də aiddir. Əgər kimsə faciəli şəkildə həyatını itiribsə, kriminal hadisənin qurbanı olubsa və ya başqa bir formada baş veribsə, bu hadisə ictimai maraq doğurursa, yaxud verilən xəbər hərəkətə keçmək üçün hər hansı fayda daşıyırsa, onun paylaşılması vacibdir".

M.Ələsgərlinin sözlərinə görə, təəssüf ki, Azərbaycan mediasında bəzən hazırlanan xəbərlərin tərkibində, hətta bəzən bütövlükdə həmin xəbərin özündə ictimai maraq tapmaq mümkün olmur:

"Bu ölüm halları ilə bağlı xəbərlərə də aiddir. Bəzi hallarda dəfn prosesinin, qəbirin, hətta məzarın içinin çəkildiyini və bu detalların geniş təsvir edildiyini müşahidə edirik. Bu zaman sual yaranır: bu təsvirlər hansı ictimai marağa xidmət edir? Cəmiyyətə bununla nə mesaj verilmək istənilir? Əgər bu sualların cavabı yoxdursa, yəni bu detallar ictimai maraq daşımırsa, onların paylaşılmasından çəkinmək lazımdır. Jurnalistlərin etik kodeksi də bu cür halları məqbul saymır. Əgər bir hadisə barədə hazırlanan xəbər ümumilikdə ictimai əhəmiyyət daşıyır, lakin daxilindəki bəzi detallar ictimai fayda gətirmirsə, həmin detalların təqdim edilməsindən yayınmaq lazımdır".

Ekspert qeyd edib ki, belə hallarda həmin təsvirlər nəinki ictimai fayda daşımır, həm də jurnalist etikası baxımından yolverilməzdir:

"Buna görə də bütün xəbərlər, o cümlədən kriminal hadisələr, ölüm və ya xəsarətlə nəticələnən insidentlər barədə məlumat hazırlayarkən ictimai faydalılıq prinsipi əsas götürülməlidir. Əgər verilən xəbər və onun detallarında ictimai məna varsa, onları təqdim etmək olar. Əks halda, bu cür təsvirlər heç də ürəkaçan deyil".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Oktyabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri