Icma.az
close
up
RU
Müşfiq Ələsgərli: Media platforması Türk Dövlətlər Təşkilatının əsas strategiyasına çevrilib

Müşfiq Ələsgərli: Media platforması Türk Dövlətlər Təşkilatının əsas strategiyasına çevrilib

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bir millət, yeddi dövlət və bir media platforması



"Azərbaycan-Türkiyə Media Platforması 2021-ci ilin dekabr ayında İstanbulda qurulub. Platforma ilkin mərhələdə Türkiyə və Azərbaycan media subyektlərini əhatə etsə də, perspektivdə Qırğızıstan, Qazaxıstan, Özbəkistan media qurumlarının da buraya cəlb edilməsi potensialı baxımından Türk Dövlətlər Təşkilatının əsas  strategiyasına çevrilib". 


Bunu Sherg.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.


 Ekspert bildirib ki, Media Platformasının qurulması TDT çərçivəsində vahid informasiya məkanının formalaşdırılması baxımından strateji əhəmiyyətə malikdir:

 "Bu, bir tərəfdən qlobal miqyasda artmaqda olan dezinformasiya və saxta xəbərlə mübarizədə türk dövlətlərinin imkanlarını gücləndirir. Digər tərəfdən ortaq tarixi, mədəni və siyasi kimliyin təbliği üçün effektiv vasitəyə çevrilir. TDT-yə üzv dövlətlərin rəsmi və özəl media qurumları arasında əməkdaşlığın təmin edilməsi, informasiya axınının sürətləndirilməsi bu model üzrə xəbər gündəmin daha obyektiv təqdim edilməsinə şərait yaradır. Bununla yanaşı, müştərək təlimlər, seminarlar, konfranslar və forumların keçirilməsi eyni soydan olan yüzlərlə jurnalistə və media subyektinə ortaq təcrübə qazandırır. Statistik məlumatlara görə, son iki il ərzində TDT  çərçivəsində 200-dən artıq media qurumu müştərək seminar, təlim, konfrans və forumlarda iştirak ediblər".

M.Ələsgərli vurğulayıb ki, nəticə etibarilə, TDT media platformasının qurulması və inkişaf etdirilməsi strateji informasiya təhlükəsizliyinin təmin edilməsi, milli dövlətlərin müdafiəsi, türk dünyasının beynəlxalq informasiya məkanında daha güclü təmsilçiliyi üçün əvəzsiz rol oynaya bilər: "Qlobal informasiya məkanında türk dövlətlərinin mövqeyinin gücləndirilməsinə yardım edər. Azərbaycan-Türkiyə media platforması bu kontekstdə çox gözəl nümunə yaradıb. Fikrimcə, Azərbaycan-Özbəkistan Media Forumunun keçirilməsi, onun çərçivəsində “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunun müzakirəyə çıxarılması yuxarıda təsvir etdiyim məqsədlərə xidmət edir. Bu, bir tərəfdən Azərbaycan və Özbəkistan media qurumlarının əməkdaşlıq imkanlarını, təcrübi bacarıqlarını artırırsa, digər tərəfdən ümumilikdə Türk Dövlətlər Təşkilatı platformasının imkanlarını genişləndirir". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see196

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see173

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see154

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see130

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri