Icma.az
close
up
RU
Xəmir yoğurmadan pizza ləzzəti: Sobada kartof əsaslı kolbasalı dilimlər

Xəmir yoğurmadan pizza ləzzəti: Sobada kartof əsaslı kolbasalı dilimlər

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Əgər canınız pizza istəyirsə, amma xəmir hazırlamağa vaxtınız və ya həvəsiniz yoxdursa, bu resept tam sizin üçündür. Un əvəzinə kartofdan istifadə edilən bu üsul həm daha yüngül, həm də çox doyumlu bir dad yaradır.

Milli.Az lazım olan ərzaqları təqdim edir:
Əsas hissə üçün: 3-4 ədəd orta boy kartof, 1 yumurta, bir ovuc rəndələnmiş holland pendiri (kaşar), duz və istiot.

Üzəri üçün: Tomat pastası (və ya pizza sousu), kolbasa (sucuk), bibər, qarğıdalı və bol miqdarda rəndələnmiş holland pendiri.

Hazırlanma qaydası
Kartofları soyun və rəndənin iri gözündən keçirin. Kartofun suyunu ovuclarınızla yaxşıca sıxın (bu, pizzanın xırtıldayan olması üçün ən vacib addımdır).

Suyunu sıxdığınız kartofları bir qaba tökün. Üzərinə yumurta, rəndələnmiş pendir və ədviyyatları əlavə edib yaxşıca qarışdırın.

Soba sinisinə yağlı kağız sərin. Kartof qarışığını sininin üzərinə yayaraq orta qalınlıqda, dairəvi və ya dördbucaqlı forma verin.

Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada kartoflar qızarana və bir-birinə yapışana qədər (təxminən 15-20 dəqiqə) bişirin.

Sobadan çıxardığınız kartof tabanının üzərinə tomat pastası çəkin. Daha sonra bol pendir və doğranmış kolbasaları (və digər istədiyiniz inqrediyentləri) düzün.

Yenidən sobaya qoyun və pendirlər əriyib kolbasalar bişənə qədər saxlayın.

Kartofların suyunu nə qədər yaxşı sıxsanız, pizzanızın alt hissəsi bir o qədər möhkəm və dadlı olar.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Yanvar 2026 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri