“Xəmsə” restoranına “5 ulduz” sertifikatı təqdim olundu FOTOLAR
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Intercontinental Hotel Baku” nəzdində fəaliyyət göstərən “Xəmsə” restoranında qiymətləndirmə aparılıb.
"Unikal" xəbər verir ki, nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və ölkədə ilk dəfə bir otelin nəzdində fəaliyyət göstərən restorana “5 ulduz” sertifikatı təqdim olunub.
“Ulduz-reytinq” layihəsi çərçivəsində ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.
Layihə çərçivəsində indiyədək 100-dən çox müraciət daxil olub, qiymətləndirmə nəticələrinə əsasən 4 restorana ən yüksək göstərici olan “5 ulduz” sertifikatı təqdim edilib.
Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün iaşə obyektləri [email protected] elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 30 Yanvar 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















