Icma.az
close
up
RU
AQTİ tərəfindən “Chinar” restoranına “5 ulduz” sertifikatı təqdim edilib Fotolar

AQTİ tərəfindən “Chinar” restoranına “5 ulduz” sertifikatı təqdim edilib Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Chinar” restoranında qiymətləndirmə aparılıb. 

“Qafqazinfo” xəbər verir ki, nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana “5 ulduz” sertifikatı təqdim olunub.

“Ulduz-reytinq” layihəsi çərçivəsində ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır. 

Qida Təhlükəsizliyi İnsitutunun şöbə müdiri Samir Mehralıyev restorana “5 ulduz” sertifikatının təqdim edilməsi barədə fikirlərini bölüşüb. O bildirib ki, “Çinar” restoranı qiymətləndirmə zamanı qida təhlükəsizliyinin tələblərinə cavab verdiyi üçün buna layiq görülüb: “Ulduz reytinq” layihəsi çərçivəsində qiymətləndirmələr 3 əsas kriteriyalarla aparılır və üç təsnifata bölünür. Bunlar 3,4 və 5 ulduzla dəyərləndirilir. Minimum texniki normativ tələblərə cavab verirsə, bu, “3” ulduzla qiymətləndirilir. “4 ulduz” üçün “3 ulduz”un tələbləri, həmçinin bundan əlavə ən yaxşı gigiyena təcrübələri və ən yaxşı istehsalat tələbləri  tətbiq olunur. “5 ulduz” üçün isə təbii ki, digərlərinin tələbləri və xas prinsiplərinin riayət olunması vacibdir. 

Hər kəsə üstünlüklər maraqlı gələ bilər. Bunun üstünlüyünü həm sahibkarlara, həm də restorana gələn qonaqlara şamil etmək olar. Sahibkarlara verdiyi üstünlük müştərilərdə etibarlı seçim yaratmasıdır. Bu, tək keyfiyyət göstəricisi deyil. Həmçinin müştərilərə etibarlı seçim yaradır. Qiymətləndirmə aparılan restoranların giriş qapılarında reytinq nişanları əks olunur. Həmin nişanlarda “QR” kod yerləşdirilib. Müştəri onu oxutmaqla restoranda hansı qida təhlükəsizliyi standartlarının tətbiq olunduğunu öyrənə bilər”.

O həmçinin qeyd edib ki, Qida Təhlükəsizliyi İnstitutuna restoranlarla bağlı 150-yə yaxın müraciət daxil olub: “Müraciətlərdən bir çoxu artıq qiymətləndirilib. Lakin “5 ulduz” 3 restoranda müəyyən olunub. Bununla bağlı biz mütəmadi olaraq ictimaiyyətə məlumat veririk. Qiymətləndirmələr ölkəmizin 10 regionundan gələn müraciətlər əsasında aparılır. Paytaxtdan sonra növbədə turistik regionlar var. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində qiymətləndirilmələrin aparılması nəzərdə tutulub.“Ulduz-reytinq” layihəsi çərçivəsində qiymətləndirmələr otellərin qida bölməsində də aparılır. Növbəti günlərdə hotellərdən birinə sertifikat təqdim olunacaq”.

“Chinar” restoranının meneceri Elxan Musayev isə bildirib ki, bu nailiyyəti əldə etmək komanda üçün qürurvericidir: “Qida Təhlükəsizliyi İnstitutunun qiymətləndirdiyi “5 ulduz” bizim üçün çox önəmlidir. Biz hər zaman bu prinsiplərə əməl etmişik. Məqsədimiz ancaq dadlı yeməklər təqdim etmək deyil, yeməyin keyfiyyətini, gigiyenasını və təhlükəsizliyini tam təmin etməkdir. Uzun zamandır aparılan yoxlamalar onu göstərir ki, bu prinsiplərə əməl olunub. Və biz etibarlılıq qazanmışıq. Buranın müştəriləri də 15 ildir, buna şahiddir. Sertifikatın alınması etibarlılığın bir göstəricisidir. Bizə üstünlük qazandıracaq tərəfi qonaqların məmnun qalmasıdır”.

Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün iaşə obyektləri [email protected] elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. Müraciət daxil olduqdan sonra AQTİ tərəfindən 30 gün müddətində müəssisədə qiymətləndirmə aparılır və 10 iş günü ərzində sahibkara nəticələrlə bağlı rəsmi bildiriş təqdim olunur. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq, obyektlərə 1 il müddətinə sertifikat verilir.

İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər. 

Fidan Etibar 

Foto- Pərvin Zeynal 













Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri