Icma.az
close
up
RU
Xərçəng hüceyrələrinin zəif nöqtəsi aşkar edildi

Xərçəng hüceyrələrinin zəif nöqtəsi aşkar edildi

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Yaponiyalı alimlər kəskin mieloid leykozun (KML) ən təhlükəli formalarından birinin niyə müalicəyə çətin tabe olduğunu müəyyənləşdiriblər və bu xərçəng hüceyrələrinin potensial zəif nöqtəsini aşkar ediblər. Məlum olub ki, xəstəliyin aqressiv formasının inkişafında SETD1B adlı ferment mühüm rol oynayır. Onun fəaliyyətinin bloklanması şişin böyüməsini yavaşlada və müalicənin effektivliyini artıra bilər.

Redaktor.az bu barədə "Leukemia" jurnalına istinadən məlumat verir.

KML -qan və sümük iliyinin sürətlə irəliləyən xərçəngidir. FLT3-ITD mutasiyası olan xəstələrdə bu xəstəlik xüsusilə ağır keçir: müalicədən sonra belə xəstəlik tez-tez geri qayıdır. Çiba Universitetindən doktor Takuyuki Hoşii və həmkarları müəyyən ediblər ki, SETD1B fermenti xərçəng hüceyrələrinin sürətlə bölünməsinə kömək edir. Bu ferment MYC geninin - şiş böyüməsini tənzimləyən əsas genlərdən birinin – aktivliyini dəstəkləyir.

SETD1B-nin rolunu yoxlamaq üçün alimlər genetik analiz apararaq FLT3-ITD və NrasG12D mutasiyaları olan leykoz hüceyrələrində bu fermentin aktiv hissəsini sildilər. Nəticədə, xərçəng hüceyrələrinin böyüməsi xeyli zəiflədi, MYC geninin aktivliyi isə ciddi şəkildə azaldı.

Ən maraqlısı isə odur ki, MYC geni SETD1B-siz hüceyrələrə geri qaytarıldıqda, şişin böyüməsi qismən bərpa olundu. Bu da sübut edir ki, SETD1B yalnız MYC-ni aktivləşdirmir, həm də şişin aqressiv böyüməsi üçün vacib olan bütün genetik tənzimləmə sistemini dəstəkləyir.

Alimlər həmçinin SETD1B-yə bənzər fermentləri bloklayan tanınmış maddə olan Chaetocin-i də qeyd ediblər. Gələcəkdə bu maddə əsasında yeni dərmanlar hazırlamaq mümkündür.

Bu yeni yanaşma, xüsusilə FLT3-ITD mutasiyası olan və mövcud müalicələrə zəif cavab verən xəstələr üçün ümidverici ola bilər. Bundan əlavə, SETD1B fermentinin aktivliyinin ölçülməsi həkimlərə xəstənin şişinin xüsusiyyətlərinə uyğun fərdi müalicə seçməyə kömək edə bilər.

“Bizim kəşf göstərir ki, xərçənglə mübarizədə təkcə genlərin özünə deyil, həm də onların fəaliyyətini tənzimləyən mexanizmlərə təsir etməklə daha effektiv nəticələr əldə etmək olar. Bu, daha dəqiq və təsirli müalicə üsullarının yaradılmasına ümid verir,” - deyə doktor Hoşii bildirib.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri