Xərçəng hüceyrələrinin yayılmasını zəiflədir
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Texas A&M Universitetinin alimləri süd vəzisində yaranan aqressiv xərçəng hüceyrələri ilə mübarizədə tünd gilasın gözlənilməz faydasını aşkar ediblər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, gilasa tünd qırmızı rəng verən antosian birləşmələri şişlərin böyüməsini ləngidir və metastazların qarşısını alır. Tədqiqat xüsusilə müalicəsi çətin hesab olunan "üçqat mənfi" xərçəng növünə yönəlib.
Demokrat.az-ın məlumatına görə təcrübə zamanı gəmiricilər dörd qrupa bölünüb. Bir qrupa şiş yaranmazdan əvvəl gilas birləşmələri, digərinə kimyaterapiya, üçüncüsünə isə hər ikisinin kombinasiyası tətbiq edilib. Nəticələr kifayət qədər təsiredici olub. Antosian qəbul edən siçanlarda şişlərin inkişafı yavaşlayıb və heç bir yan təsir müşahidə olunmayıb.
Gilas birləşmələri ilə kimyaterapiyanın birgə tətbiqi isə daha effektiv nəticə verib. Bu kombinasiya şişin böyüməsini erkən mərhələdə dayandırıb və orqanizmin çəkisini normal səviyyədə saxlayıb. Gilas həmçinin metastazlara və müalicəyə qarşı müqavimətə cavabdeh olan genlərin aktivliyini azaldıb.
Tədqiqatçılar vurğulayırlar ki, təbii birləşmələr əsas müalicəni əvəz etmir, lakin onun təsirini gücləndirən vasitə rolunu oynaya bilər. Hazırda əsas məqsəd antosianların insan orqanizmi tərəfindən necə mənimsənildiyini və dərmanlarla birgə təsirini tam müəyyənləşdirməkdir.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
02 May 2026 15:40
Xərçəng hüceyrələrinin yayılmasına səbəb olan QİDALAR
16 Noyabr 2024 18:30
Xurma xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır...
15 Noyabr 2024 16:25
Xərçəng hüceyrələrinin zəif nöqtəsi aşkar edildi
25 İyun 2025 16:58
Xərçəng şişlərinin yayılmasını dayandırmağın gözlənilməz yolu tapılıb
11 İyun 2025 10:48
Baxış sayı:97
Bu xəbər 15 Mart 2026 07:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları