Icma.az
close
up
RU
Xərçəng kalkulyatoru icad edildi Dəhşətli səbəblərin siyahısı

Xərçəng kalkulyatoru icad edildi Dəhşətli səbəblərin siyahısı

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xərçəng yaranmasına səbəb olan daxili və xarici faktorların təsir dərəcəsini ölçən riyazi model hazırlanıb.

Saglamolun.az bakupost.az-a istinadla xəbər verir ki, amerikalı alimlər müxtəlif cinslər, yaş həddi, eləcə də peşə sahiblərinin ən çox hansı xərçəng növündən xəstələndiyini hesablamağı bacarıblar.

İels Universitetinin biostatistikləri 24 növ xərçəngin yaranma faktorunu aşkarlayıb.

Məlum olub ki, dəri xərçəngi və sidik kisə, prostat şişlərində xarici təsir amilləri daha çox rol oynayır.

Bu riyazi model həkimlərə də əlavə informasiya verərək vaxtında müalicəyə yardım edəcək.

Xarici amilləri bölgəyə görə dəqiq bildikdə, həmin ərazinin insanlarını profilaktika etmək mümkün ola bilər.

Bəzi faktorların qarşısı alınsa, xəstəliyin gedişatını yüngülləşdirmək, mutasiyaların toplanmasına yol verməmək mümkündür.

“Alimlər uzun müddət hansı şişlərə ultrabanövşəyi şüaların səbəb olduğunu, hansına siqaretin, tütünün, hansına isə ətraf mühitin, ekologiyanın səbəb olduğunu qiymətləndirmək istəyirdilər.

Bu vaxta qədər xərçəngin yaranma faktorları içində genetika, nəsil, infeksion xəstəliklər, xroniki iltihab, siqaret, içki, pis ekologiya, hava, radiasiya, zəifləmiş immunitet, xroniki stressin təsiri daha yaxşı öyrənilib.

Xarici amillərdən qida və məişətdə kanserogen maddələrlə tez-tez ünsiyyət də şiş yaradır.

Mədəaltı vəz xərçəngində hər 3 nəfərdən biri, mədə-bağırsaq xərçəngində hər 5 nəfərdən 3-2 qidalanma səbəbindən bu xəstəliyə tutulur.
Kanserogen qida qızardılmış qida, ət, hisə verilmiş hazır qidalar, trans yağlar, marqarin, nitratlar, qidalara qatılan dadlandırıcı, rəngləndirici maddələr, GMO, aflotoksinlərdir.

Bütün xərçəng növlərinin 10-15%-nin yaranma səbəbi irsi genetikdir.

Bu daha çox süd vəzi, uşaqlıq, prostat, bağırsaq, qalxanvari vəz xərçəngindədir.

Ultrabənövşəyi şüalanma, siqaret, papiloma viruslarının – 6, 11, 16, 18 ştamları, hepatit daha çox qaraciyər xərçəngi yaradır.

Qadınlarda süd vəzi xərçənginin yayılmasının səbəbkar faktoru bəzi genlərdə mutasiyalardır. Bu mutasiyalar erkən menstruasiya, gec dövr klimaks, gec ana olmaq, süd verməmək, estrogenlərin təsirindən yaranır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri