Xərçəng xəstəliyi təhsilinə əngəl olmadı Sadiqdən yüksək nəticə
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aprelin 20-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Oxu.Az xəbər verir ki, uğurlu nəticə əldə edənlərdən biri də Sadiq Rəcəblidir.
S.Rəcəbli 2023-cü ildə xərçəng xəstəliyinə tutulub. Hazırda ev şəraitində müalicə alan yeniyetmə imtahana qədər dərslərə onlayn şəkildə qoşulub.
Nəticədə o, bu gün elan edilən nəticələrə əsasən, mümkün 300 baldan 254 bal toplayıb.
Qeyd edək ki, iki il öncə Sadiqin müəllimi Kamran Şeyxzamanlının təşəbbüsü ilə şagirdin müalicəsi üçün yardım kampaniyasına start verilmiş, yığılan 5 min manatdan çox vəsait ailəsinə təqdim olunmuşdu.
Baxış sayı:137
Bu xəbər 31 May 2025 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















