Icma.az
close
up
RU
Xərçəngə qalib gələn həkimin hər gün etdiyi 4 qızıl QAYDA

Xərçəngə qalib gələn həkimin hər gün etdiyi 4 qızıl QAYDA

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Xərçəng - müasir dövrün ən qorxulu xəstəliklərindən biri olsa da, onu önləmək və riskləri azaltmaq üçün gündəlik həyatımıza daxil edə biləcəyimiz sadə, lakin təsirli vərdişlər mövcuddur.

Milli.Az xəbər verir ki, xərçəng müalicəsini uğurla başa vuran və bu sahədə şəxsi təcrübəsini bölüşən Dr. Amy Morris sağlam həyat üçün hər gün tətbiq etdiyi dörd əsas qaydanı İnstaqramda izləyiciləri ilə paylaşıb.

Onun sözlərinə görə, bu vərdişlər həyat tərzində köklü dəyişiklik tələb etmir, lakin uzun müddətdə böyük təsir göstərir.

Hərəkətdə qalın
Gündəlik 30 dəqiqəlik gəzinti sadə görünsə də, süd vəzi, yoğun bağırsaq və endometrium xərçəngi kimi bəzi növlərin riskini azalda bilər. Gəzinti həm də çəkiyə nəzarət etməyə, immun sistemini gücləndirməyə və həzmi yaxşılaşdırmağa kömək edir. Dr. Morris bildirib ki, bu vərdiş həm fiziki, həm də zehni enerjini artırır.

Qabınızın yarısı tərəvəz olsun
Uşaqlıqdan eşitdiyimiz "tərəvəz yeyin" məsləhətinin xərçənglə mübarizədə ciddi rolu var. Morris, xüsusilə brokkoli və kələm kimi xaçpərəst tərəvəzlərin xərçəng əleyhinə birləşmələrə sahib olduğunu vurğulayır. Bu qidalar hüceyrələrin bərpasını dəstəkləyir və bədəni qoruyur.

Məqsədlə yaşayın
Morris qeyd edir ki, həyatda məqsədi olan insanlar daha az iltihabla qarşılaşır və güclü immun sisteminə malik olur. Stressin azaldılması xərçəngin qarşısını almaqda mühüm rol oynayır. Məqsəd hissi isə böyük layihələrlə məhdudlaşmır - sevdiklərinizlə vaxt keçirmək, könüllülük fəaliyyəti və ya hobbilərə yönəlmək də kifayətdir.

Alkoqol istehlakını azaldın
Spirtli içkilər bədəndə xərçəngə səbəb olan asetaldehid adlı maddəyə çevrilir. Dr. Morris, spirtin döş, qaraciyər, ağız və qida borusu xərçənglərinin riskini artırdığını bildirir. Alkoqoldan tamamilə imtina etmədən də bu riski azaltmaq mümkündür - məsələn, həftədə bir neçə gün alkoqolsuz keçirmək və ya miqdarı azaltmaqla.

Dr. Morris vurğulayır ki, bu dörd sadə addım - hərəkət, düzgün qidalanma, məqsədyönlü həyat və spirtin məhdudlaşdırılması - xərçəngdən qorunmaqla yanaşı, ümumi həyat keyfiyyətini də yüksəldir.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Aprel 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri