Icma.az
close
up
RU
Xərçəngə qarşı ən güclü vasitə elm adamlarını təəccübləndirdi

Xərçəngə qarşı ən güclü vasitə elm adamlarını təəccübləndirdi

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Elm adamlarının araşdırmaları nəticəsində ildə dünyada 2 milyon insanın əziyyət çəkdiyi və hər il bu xəstəlikdən 1 milyondək insanın həyatını itridiyi kolorektal xərçəng (yoğun bağırsaq xərçəngi) riskini azaltmağın çox asan bir yolu bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə "Nature Communications" elm jurnalında araşdırma məqaləsi dərc edilib.

Bəlli olub ki, tərkibində kalsiumu bol olan süd, süd məhsulları, bitki və heyvan mənşəli qidalar kolorektal xərçəng riskini azaldır.

Oksford Universitetində aparılan araşdırmada orta yaşı 59 olan 542.000-dən çox qadının qidalanma və sağlamlıq məlumatları 16 il ərzində qiymətləndirilib və 97 fərqli qidanın kolorektal xərçəng riskinə təsiri ölçülüb.

Nəticədə gündəlik 300 milliqram kalsium qəbulunun kolorektal xərçəng riskini 17 faiz azaltdığı müəyyən edilib.

Kalsium bədəndə təkcə skelet sisteminin sağlam olması və sümüklərin möhkəmliyini təmin edən mineral kimi yox, həm də kolorektal xərçəngə qarşı da ciddi təsirə malik vasitə olduğu aşkarlanıb. Belə ki, kalsium yoğun bağırsaqda öd turşuları və sərbəst yağ turşularına bağlanır və onların xərçəngə səbəb olan təsirlərini azaltmağa kömək edir.

Bu səbəbdən də alimlər belə bir xəstəliyə düçar olmamaq üçün əsas 5 qidanı qəbul etməyi tövsiyə edib.

Bunlar aşağıdakılardır.

1. Toxumlar
Bəzi toxumlar kalsiumla çox zəngindir. Məsələn, 1 xörək qaşığı küncütdə 100 milliqram kalsium, 1 xörək qaşığı xaşxaş toxumunda isə 127 milliqram kalsium var. Gündəlik ehtiyacın təxminən yüzdə 10-unu qarşılayan bu qidalar lif və sağlam yağlar kimi çoxlu qida maddələrini də ehtiva edir.

2. Yaşıl yarpaqlı tərəvəzlər

Yaşıl yarpaqlı tərəvəzlər bir çox faydalı maddələrlə çox zəngindir. Bunlardan biri də kalsiumdur.

3. Tofu 

Soya paxlasından hazırlanmış yumşaq, nisbətən dadsız qida məhsuludur.

4. Konservləşdirilmiş balıq

Konservləşdirilmiş balıq təzə balıqdan daha yüksək kalsium ehtiva edir, çünki onun tərkibində bişirmə zamanı yumşalan və yeməli olan sümüklər var. Xüsusilə konservləşdirilmiş sardina və qızılbalıq kalsiumla zəngindir. 60 qram yağlı sardina 240 milliqram kalsium, 85 qram konservləşdirilmiş qızılbalıq isə gündəlik tövsiyə olunan miqdarın 19 faizini təmin edir.

5. Əncir qurusu

Qurudulmuş əncirdə digər quru meyvələrdən daha çox kalsium var. Cəmi iki quru əncir yemək 100 milliqram kalsium və ya gündəlik ehtiyacımızın 10 faizini almaq deməkdir. Bu ləzzətli meyvədə həmçinin bol lif, mis, kalium, manqan, maqnezium və K vitamini var. (Ölkə.Az)
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri