Xərçəngə tutulan Lerçekin cinayət işinə xitam verildi
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lerçek kimi tanınan rusiyalı bloger Valeriya Çekalina barəsində açılmış cinayət işinin icrası dayandırılıb.
Axşam.az xəbər verir ki, məhkəmə blogerdə xərçəng xəstəliyinin olduğunu təsdiqləyən sənədləri qəbul edib. Prokurorluq 250 milyon rublun BƏƏ-yə çıxarılması ilə bağlı cinayət işinin dayandırılmasına razılıq verib. Eyni zamanda, qurum məhkəmədən ev dustaqlığı qətimkan tədbirinin müəyyən hərəkətlərə qadağa ilə əvəz olunmasını istəyib.
Məlumata görə, Lerçekdə əlavə olaraq beyin şişi də aşkarlanıb. Şiş xoşxassəlidir, lakin toxumalara təzyiq göstərdiyi üçün davamlı baş ağrılarına səbəb olur.
Qeyd edək ki, martın 13-də Valeriya Çekalina kimyaterapiya kursuna başlamaq üçün xəstəxanaya yerləşdirilib. Son məlumata görə, Lerçek ev dustaqlığından azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 19 Mart 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















