Icma.az
close
up
RU
Xərçəngə tutulan liderlər kimlərdir? SİYAHI

Xərçəngə tutulan liderlər kimlərdir? SİYAHI

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Dünya liderləri arasında xərçəng diaqnozu almış bir çox tanınmış şəxs olub. 

Sfera.az xəstəliklə mübarizə aparan həmin məşhur siyasi fiqurları təqdim edir:

Cozef Bayden – ABŞ-nin keçmiş prezidenti

2025-ci ilin may ayında 82 yaşlı Cozef Baydenə prostat xərçəngi diaqnozu qoyulub. Xəstəlik sümüyə yayılmış olsa da, hormon terapiyasına cavab verir və müalicə ilə idarə olunur. Bayden 2015-ci ildə beyin xərçəngindən vəfat edən oğlu Beaunun xatirəsinə “Cancer Moonshot” təşəbbüsünü başlamışdı.

III Çarlz – Böyük Britaniya kralı

2024-cü ilin əvvəlində Kral III Çarlza xərçəng diaqnozu qoyulmuşdu. O, müalicə məqsədilə üç ay ictimai fəaliyyətlərdən uzaq qaldıqdan sonra yenidən ictimaiyyət qarşısına çıxmışdı.

Uqo Çaves – Venesuela prezidenti

2011-ci ildə çanaq nahiyəsində xərçəng aşkar edilib və bir neçə əməliyyat keçirib. 2013-cü ilin mart ayında, 58 yaşında vəfat edib.

Fransua Mitteran – Fransa prezidenti

1981-ci ildə prezident seçildikdən sonra prostat xərçəngi diaqnozu almış, uzun sürən müalicədən sonra 1996-cı ildə 79 yaşında vəfat edib.

Luiz İnasiu Lula da Silva – Braziliya prezidenti

2011-ci ildə boğaz xərçəngi diaqnozu almış və müalicə nəticəsində sağalmışdı. 2022-ci ildə səs tellərində xərçəngönü dəyişikliklər səbəbilə prosedurdan keçmişdir.

Dilma Russef – Braziliya prezidenti

2009-cu ildə limfa düyünü xərçəngi diaqnozu qoyulmuş və uğurlu müalicədən sonra sağalmışdı.

Kristina Fernandes de Kirşner – Argentina prezidenti

2011-ci ilin dekabrında qalxanabənzər vəz xərçəngi diaqnozu almış və müalicə olunmuşdu.

Xuan Manuel Santos – Kolumbiya prezidenti

2012-ci ildə prostat xərçəngi aşkar edilmiş və müalicə almışdı.

Manohar Parrikar – Hindistanın Goa ştatının baş naziri

2018-ci ildə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuş və 2019-cu ilin mart ayında 63 yaşında dünyasını dəyişmişdi.

Cek Layton – Kanada NDP lideri

2010-cu ildə prostat xərçəngi diaqnozu qoyulmuş, 2011-ci ilin avqust ayında 61 yaşında vəfat etmişdi.

Çjou Enlay – Çin Xalq Respublikasının baş naziri

1972-ci ildə sidik kisəsi xərçəngi diaqnozu almış və 1976-cı ildə, 77 yaşında dünyasını dəyişmişdi.

Ronald Reyqan – ABŞ prezidenti

1985-ci ildə yoğun bağırsaq xərçəngi diaqnozu almış və əməliyyat olunmuşdu.

Cimmi Karter – ABŞ prezidenti

2015-ci ildə metastatik melanoma diaqnozu almış və uğurlu müalicə nəticəsində sağalmışdı.

Vatslav Havel – Çexoslovakiya prezidenti

1996-cı ildə sağ ağciyərində xərçəng aşkar edilmiş və əməliyyat olunmuşdu. 2011-ci ildə, 75 yaşında vəfat edib.

Devid Tompson – Barbadosun baş naziri

2010-cu ildə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuş və həmin ilin oktyabr ayında 48 yaşında dünyasını dəyişmişdi.

Fidan Hacızadə
Sfera.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 May 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri