Icma.az
close
up
RU
Xəstə halda ofisdən işləmək qanunda necə tənzimlənir? Açıqlama

Xəstə halda ofisdən işləmək qanunda necə tənzimlənir? Açıqlama

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İşçinin xəstəlik səbəbindən əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə əsas məsələlərdən biri onun işəgötürən qarşısındakı öhdəliklərinin necə tənzimlənməsidir. Bəzən əməkdaş xəstəlik vərəqəsi olduğu halda işə çağırıldığını və ya ondan iş tapşırıqlarını yerinə yetirməsinin tələb edildiyini bildirir.
Xəstəlik vərəqəsi olan işçi işə çağırıla və ondan iş tapşırıqlarını yerinə yetirməsi tələb oluna bilərmi?
İnsan Resursları üzrə menecer Röyal Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, xəstəlik vərəqəsi işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyini təsdiq edən əsas sənədlərdən biridir:
"Belə halda işçinin əsas əmək öhdəliklərinin icrası da xəstəlik müddətində xüsusi qaydada qiymətləndirilməlidir. Ümumi yanaşmaya görə, əmək qabiliyyətini müvəqqəti itirmiş və bu halı müvafiq qaydada rəsmiləşdirilmiş işçinin xəstəlik müddətində normal iş rejimində işə cəlb edilməsi və ondan əmək funksiyasını yerinə yetirməsinin tələb olunması düzgün hesab edilmir. Xəstəlik vərəqəsi işçinin həmin müddətdə əmək funksiyasını faktiki yerinə yetirməsinə mane olan hüquqi və tibbi vəziyyəti təsdiqləyir. Buna görə də işəgötürənin "evdən işləyin”, "tapşırığı tamamlayın”, "iclasda iştirak edin”, "müştəri ilə danışın” və ya digər formada işçinin əmək fəaliyyətini davam etdirməsini tələb etməsi əmək münasibətləri baxımından ciddi suallar yaradır. İşçi xəstəlik vərəqəsində olduğu müddətdə əmək funksiyasını icra etməmək hüququna malikdir və xəstəlik səbəbindən işə gəlməməsi özbaşına əmək intizamının pozulması kimi qiymətləndirilməməlidir. Burada xüsusilə bir məqamı ayırmaq lazımdır: işçinin xəstəlik vərəqəsinin olması onun işəgötürənlə ümumiyyətlə əlaqə saxlamasını qadağan edən mütləq məhdudiyyət demək deyil. Məsələn, işçi zəruri məlumatı verə, xəstəlik vərəqəsi barədə işəgötürəni məlumatlandıra və inzibati xarakterli bəzi məsələləri izah edə bilər. Lakin bu, onun əmək funksiyasını yerinə yetirməyə və iş tapşırıqlarını icra etməyə məcbur edilə biləcəyi anlamına gəlmir. Xüsusilə məsafədən iş məsələsində də ehtiyatlı yanaşmaq lazımdır. İşçinin fiziki olaraq ofisə gəlməməsi avtomatik olaraq onun işləyə biləcəyi anlamına gəlmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi rəsmiləşdirilibsə, "evdən işləmək” də nəticə etibarilə əmək funksiyasının icrası olduğu üçün xəstəlik dövründə işçiyə belə tapşırıqların verilməsi mübahisə yarada bilər”.
Mütəxəssis qeyd edib ki, işəgötürən üçün də ən düzgün yanaşma xəstəlik vərəqəsində göstərilən müddət ərzində işçini əmək fəaliyyətinə cəlb etməmək, onun yoxluğunu müvafiq qaydada rəsmiləşdirmək və işçinin müvəqqəti əmək qabiliyyətsizliyi ilə bağlı ödəniş və digər təminatlarını qanunvericiliyə uyğun şəkildə həyata keçirməkdir:

"Digər tərəfdən, işçi də xəstəlik vərəqəsi açıldığı barədə işəgötürəni vaxtında məlumatlandırmalı və tələb olunan sənədləşmə prosedurlarına əməl etməlidir. Çünki əmək münasibətlərində həm işəgötürənin, həm də işçinin öhdəlikləri mövcuddur. Xəstəlik vərəqəsi işçiyə əmək funksiyasından müvəqqəti azad olmaq üçün hüquqi əsas yaratsa da, bu müddətdə işəgötürənə qarşı digər qanuni öhdəliklərin tamamilə aradan qalxması demək deyil. Əgər işəgötürən xəstəlik vərəqəsi olan əməkdaşa təzyiq göstərir, onu işə çağırır və ya əmək funksiyasını yerinə yetirməyə məcbur edirsə, işçi ilk növbədə verilən tapşırıqları və çağırışları yazılı formada saxlamağa çalışmalıdır. Elektron poçt, mesajlaşma proqramları və digər yazılı kommunikasiya vasitələrində olan sübutlar sonradan əmək mübahisəsi yarandığı halda əhəmiyyət daşıya bilər. Burada əsas prinsip ondan ibarətdir ki, xəstəlik vərəqəsi formal sənəd kimi deyil, işçinin müvəqqəti əmək qabiliyyətsizliyinin hüquqi təsdiqi kimi qəbul edilməlidir. İşçinin xəstə olduğu müddətdə ondan normal əmək fəaliyyəti gözləmək həm işçinin sağlamlığının qorunması baxımından, həm də əmək münasibətlərinin düzgün təşkili baxımından məqsədəuyğun deyil. Eyni zamanda, konkret vəziyyətin hüquqi qiymətləndirilməsi xəstəlik vərəqəsinin rəsmiləşdirilməsi, müddəti, işçinin statusu, işəgötürənin verdiyi tapşırığın xarakteri və digər hallardan asılı ola bilər.

Buna görə də hər bir hadisəyə fərdi yanaşmaq lazımdır. Əsas qayda isə budur: əmək qabiliyyətini müvəqqəti itirməsi rəsmiləşdirilmiş işçidən həmin dövrdə adi əmək funksiyasını yerinə yetirməsinin tələb edilməsi yolverilməz yanaşmadır və işəgötürən belə hallarda işçinin qanuni hüquqlarını nəzərə almalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Avqust 2026 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri