Icma.az
close
up
RU
Ofisdən, yoxsa evdən işləmək yaxşıdır?

Ofisdən, yoxsa evdən işləmək yaxşıdır?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

COVID-19 pandemiyası bir çox sahələrə təsir etdiyi kimi iş dünyasını da köklü şəkildə dəyişdi. Karantin tədbirləri və sosial məsafə qaydaları səbəbindən milyonlarla insan evdən işləməyə məcbur oldu. Lakin pandemiya bitdikdən sonra da bir çox şirkət bu iş rejiminin üstünlüklərini görərək onu qoruyub saxlamağa qərar verdi. Lakin ekspertlərin fikirincə, şirkətlər balanslı yanaşma seçməli və işçilərin effektivliyini qorumaq üçün uyğun strategiyalar hazırlamalıdırlar. Amerikanın nəhəng şirkətləri işçilərinə evdən işləməyi qadağan ediblər. “Dell”, AT&T, "Amazon", "Stellantis" və "JP Morgan" kimi şirkətlər bu ay oxşar siyasətlərə başlayıb və ya elan ediblər. 
Bəs ofisdən, yoxsa evdən işləmək yaxşıdır?
Bu barədə Moderator.az-a danışan “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə  deyib ki, pandemiya dövrü iş rejiminə tamamilə yeni yanaşma gətirdi:
“İnsanlar məcburi şəkildə evdən işləməyə keçdilər və bu modelin həm üstünlüklərini, həm də çatışmazlıqlarını yaxından hiss etdilər. Pandemiya yumşaldıqdan sonra isə ofislərə qayıdış başladı, lakin bu proses heç də asan olmadı.
Evdən İşləməyin Üstünlükləri
Vaxt və nəqliyyat problemi aradan qalxır – İşə gedib-gəlmək üçün saatlarla vaxt itirmək lazım olmur. İşçilər səhər daha gec oyanıb, rahat şəkildə işə başlaya bilirlər.
Maliyyə baxımından sərfəlidir – Şirkətlər üçün ofis xərcləri azalır, işçilər isə yolpulu və yemək kimi gündəlik xərclərdən qurtulurlar.
Daha çox fokuslanma imkanı – Düzgün şərait yaradılsa, işçilər evdə daha sakit mühitdə işləyə və məhsuldarlığı artıra bilərlər.
Evdən İşləməyin Mənfi Tərəfləri
İntizamsızlıq və nəzarətin zəifləməsi – Bəzi işçilər verilən tapşırıqları vaxtında yerinə yetirmir, fərdi iş rejiminə tam riayət etmirlər.
Komanda ruhunun azalması – Ofisdə üz-üzə ünsiyyət və kollektiv iş mühiti yox olur, bu da işçilər arasında koordinasiyanı zəiflədir.
Effektiv ünsiyyət problemləri – Ofisdə birbaşa tapşırıq vermək daha asandır, lakin evdən işləyəndə hər bir məsələ üçün onlayn görüşlər təşkil edilməlidir, bu isə vaxt itkisinə səbəb olur.
Şəxsi işlərə yönəlmə – Evdə işləyən işçi gün ərzində bank, həkim və digər şəxsi işlərini həll edə bilir, lakin bu, iş saatlarında diqqətin yayılmasına gətirib çıxarır”.
Konsultant əlavə edib ki, hibrid model ən məntiqli yanaşmadır:
“Pandemiyadan sonra bir çox şirkət tam uzaqdan iş modelini ləğv edərək hibrid sistemə keçdi. Bu sistem işçilərə həftənin müəyyən günlərində evdən, müəyyən günlərində isə ofisdən işləməyə imkan yaradır.
Hibrid modelin üstünlükləri:
İşçi həm ofis mühitinin faydalarından, həm də ev rahatlığından istifadə edə bilir.
Komanda mühiti tam itmədən qorunur.
İşçilər üçün çeviklik təmin olunur.
Onlayn iclaslara ehtiyac müəyyən qədər azalır.
Tam evdən işləmə modeli pandemiya dövrü üçün məqbul olsa da, uzunmüddətli dövrdə iş məhsuldarlığını azalda bilər. Ən optimal yanaşma hibrid modeldir – işçilər həm ev rahatlığından istifadə edə bilər, həm də ofisdə kollektiv iş rejiminin üstünlüklərindən yararlana bilərlər. Pandemiyanın gətirdiyi ən müsbət yeniliklərdən biri də məhz hibrid sistemin inkişafı və onlayn təhsil-təlimlərin geniş yayılmasıdır. Bu, insanlara iş və təhsil proseslərini daha çevik idarə etmək imkanı verir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri