Icma.az
close
up
RU
Xəstə olarkən limonlu çay və ya zoğal mürəbbəsi istehlak etmək zərərlidir ? EKSPERT AÇIQLADI

Xəstə olarkən limonlu çay və ya zoğal mürəbbəsi istehlak etmək zərərlidir ? EKSPERT AÇIQLADI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda bir çox insan xəstə olarkən limonlu çay və ya zoğal mürəbbəsinə üstünlük verir. Ancaq son vaxtlar bu üsulların zərərli olduğu ilə bağlı fikirlər yayılır. Bildirilir ki, limon boğazı qıcıqlandırır, zoğal isə qanda laxtalanma yaradır. Bu iddialarda reallıq payı varmı? Xəstəlik zamanı xalq arasında yayılmış bu vasitələrdən tam imtina etmək lazımdır?

Məsələ ilə bağlı qida üzrə mütəxəssis Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, ölkəmizdə xəstələnən zaman limonlu çay və zoğal mürəbbəsi içməyi tövsiyə etmək illərdir ki, istifadə olunan bir vərdişdir:

"Bu üsullar əsasən soyuqdəymə, boğaz ağrısı və halsızlıq zamanı istifadə olunur. Son dövrlər bu vasitələrin zərərli olduğu ilə bağlı yayılan fikirlər isə müəyyən qədər şişirdilib. Limonla bağlı deyilən boğazı qıcıqlandırır fikrində qismən həqiqət var. Limon turşudur. Boğaz selikli qişası artıq iltihablı və həssasdırsa, birbaşa limon suyu və ya çox turş limonlu çay boğazda yanma və qıcıqlanma yarada bilər. Xüsusilə yüksək hərarət, güclü boğaz ağrısı və ya udma çətinliyi olan hallarda bu daha çox hiss olunur. Amma bu hal limonun ümumiyyətlə zərərli olduğu demək deyil. Problem limonun miqdarı və istifadə formasıdır. Az miqdarda, ilıq çaya əlavə edilmiş limon əksər insanlarda problem yaratmır. Zoğal mürəbbəsi ilə bağlı qanda laxtalanma yaradır iddiası elmi əsaslı deyil. Zoğalın tərkibində antioksidantlar və üzvi turşular var. Bu maddələr sağlam insanlarda qanın laxtalanmasını artırmır. Əksinə zoğalın damar sağlamlığına müsbət təsiri var. Bəzi istisnalar var. Qan durulaşdırıcı dərman qəbul edən şəxslər zoğalı həddindən artıq istifadə etdikdə dərmanlarla qarşılıqlı təsir riski yarana bilər. Xəstəlik zamanı bu xalq vasitələrindən tam imtina etmək vacib deyil. Əsas məsələ onları müalicə vasitəsi kimi deyil, dəstəkedici içkilər kimi qəbul etməkdir. Limonlu çay virusu öldürmür. Zoğal mürəbbəsi xəstəliyi sağaltmır. Onlar sadəcə maye qəbulunu artırır, boğazı yumşalda və insanı rahatlandıra bilər. Risk əsasən yanlış istifadədən yaranır. Çox isti çay boğazı daha da qıcıqlandıra bilər. Həddindən artıq turş, şəkərli içkilər mədəni narahat edə bilər. Xüsusilə uşaqlarda və mədə problemi olan insanlarda buna diqqət etmək lazımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Yanvar 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri