Icma.az
close
up
RU
Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU

Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Aynur Bayramovanın vəsatətinin təmin olunduğu elan olunub.

Belə ki, təqsirləndirilənin konvoy taborunun müşayiəti ilə istədiyi xəstəxanada əməliyyat olunmasına şərait yaradılacaq.

Daha sonra vəkillər çıxış edib. Nuridə Seyidovanın vəkilləri onun iki azyaşlı övladının atasız olmasını, zərərçəkənlərin pulunu ödəyəcəyini vədd etdiyini söyləyərək ona yüngül cəza verilməsini xahiş edib. Onlar bu cinayət əməlinin dələduzluq deyil, yerinə gətirilməmiş vəd olduğunu bildiriblər.

Aynur Bayramovanın vəkili çıxış edərək bildirib ki, o, zərərçəkmişlərə pulu ödəməyə çalşıb, Nuridə ilə pulun ödənilməsi ilə bağlı danışıqlar aparıb. Təqsirləndirilənin övladı da xəstədir və müalicəyə ehtiyacı var. Buna görə də vəkil xahiş edib ki, Aynur Bayramovaya islah işləri cəzası verilsin və məhkəmə zalından azadlığa buraxılsın. Onun digər vəkili əlavə edib ki, Aynur Bayramova həqiqəti gizlətməyərək video çəkib və Nuridə Seyidovanın digəriləni aldadacağından xəbəri olmayıb. Onun fikrincə əsl cinayətkarlar saxlanılmayıb: "Aynur Bayramova və Aysel Məmmədova sadəcə xəstələri yönləndirib. Necə oldu ki, onların əməlləri dələduzluq hesab olunur, lakin oxşar əməlləri törətmiş Mircəlal Kazımi, klinikanın rəhbərliyi, Türkiyədən dəvət olunmuş həkimlər və digəriləri azadlıqdadır? Onlar da xəstə yönləndirib". Onun üçüncü vəkili də Aynur Bayramovaya bəraət verilməsini və mülki iddianın təmin olunmamasını xahiş edib.

Aysel Məmmədovanın vəkili isə deyib ki, təqsirləndirilən öz şəxsi avtomobilini də sataraq zərərçəkənlərə dəymiş ziyanı ödəməyə çalışıb. O, Vətən müharibəsi zamanı Gəncədə xəstələrə xidmət göstərdiyi üçün təşəkkürnamə alıb. O, xahiş edib ki, müdafiə etdiyi şəxsə cəza verilərkən bunlar nəzərə alınsın.

Zərəçəkmişlərin hüquqi nümayəndəsi təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini və mülki iddianın təmin edilməsini xahiş edib.

Nuridə Seyidova son sözündə zərərçəkmişlərdən üzr istəyib: "Mən dələduzluq niyyətində olmamışam. Sadəcə düzgün hesablamalar aparmamışam. Sizdən xahiş edirəm ki, mənə şans yaradın. Mən ziyanı ödəyim".

Aysel Məmmədova isə tək günahının Nuridəyə inanmaq olduğunu bildirib. Ona bəraət verilməsini xahiş edib.
Aynur Bayramova qızını xəstəlikdən itirə biləcəyini bildirib. O, Nuridə Seyidovaya inandığını bildirib və bəraət verilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Nuridə Seyidova 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilərək 8 il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Mülki iddialar isə qismən təmin edilib.

Dövlət ittihamçısı təqsirləndirilən Nuridə Seyidovanın 9 il 6 ay, Aynur Bayramovanın 9 il, Aysel Məmmədovanın isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini, mülki iddiaların təmin olunmasını istəmişdi.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Məhkəmənij gedişində isə Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri