Icma.az
close
up
RU
Tanınmış həkimlər talassemiyalı xəstələrin pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə ifadə verib

Tanınmış həkimlər talassemiyalı xəstələrin pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə ifadə verib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərova bildirib ki, 2019-cu ildən 2022-ci ilədək baş həkim vəzifəsində çalışıb. O, Aynur Bayramovanı kuryer kimi tanıyıdığını bildirib: "Aynur Bayramova mən baş həkim təyin olunmazdan öncə "Medical Park"ın həkimi Akif doktorla birgə xəstəxanaya gəlirdi. Akif həkimin yanında həmişə bir neçə əməkdaş olurdu, Aynur da qeydiyyatçı kimi onlarla birgə gəlmişdi. Mən baş həkim təyin olunandan 20 gün sonra bir xəstəm bildirdi ki, Aynur Bayramovaya pul verib. Təqsirləndirilən ona vədd verib ki, övladını əməliyyat etdirəcək. Mən bunu rəhbərliyə bildirdim və Aynur Bayramovanın mərkəzə girişinə qadağa qoyuldu. Mənim xəstənin şikayətinə qədər belə bir hadisədən xəbərim olmayıb. Mən heç kimi onlara yönləndirməmişəm".

Hakim Şəlalə Həsənova şahidə "Mən hakim olduğum halda Tallesimiya Mərkəzinə getsəm, min sual verilər. Çünki talassemiya xəstələrinin immuniteti zəif olur. Hər gələni ora buraxmırlar. Amma Aynur Bayramova xəstəxanaya rahat girib-çıxırmış. Bu necə mümkün olub?, deyə sual verib.

Şahid bildirib ki, bunlar o, baş həkim olduqdan öncə olub deyə bu barədə nəsə deyə bilməz.

"Talassemiya Mərkəzninin sabiq direktoru Valeh Hüseynovu prosesə çağırın"

Zərərçəkən Natiq Qubadov Xuraman Cəfərovanın dindirilməsindən narazı olduğunu deyib: "Mənim xəstə qızımı həyata qaytaran həkimin bu körpə qatillərinin prosesində olmasını və dindirilməsini düzgün hesab etmirəm. Ümumiyyətlə, ibtidai istintaq düzgün aparılmayıb. Deyilər iş araşdırılıb. Araşdırılıbsa, pullar hanı? Niyə bizə deyilmir ki, bu pullar hara göndərilib? Sizdən xahiş edirəm Talassemiya Mərkəzninin sabiq direktoru Valeh Hüseynovu prosesə çağırın, onu dindirin".

Daha sonra X. Cəfərova deyib ki, pul məsələsi ortaya çıxandan sonra "Medical Park"a özü şikayət edib: “Daha sonra Aynur Bayramovanın xəstəxanaya girişinin qadağan olunması ilə bağlı iclasda qərar qəbul etdik".

Aynur Bayramova isə şahidə “Nuridə Seyidovanın “Urmed Help” şirkəti mərkəzdə necə uşaqlara hədiyyə paylayıb? Mən xəstəxanaya o qadağadan sonra 3-4 dəfə də gəlib qan götürmüşəm. Ondan xəbərsiz heç nə ola bilməzdi. Orada bizə otaq da verilmişdi. Bunların hamısından məlumatsız idiniz?" deyə suallar ünvanlayıb.

Nuridə Seyidova bildirib ki, onun Xuraman Cəfərova ilə əlaqəsi olmayıb. Hədiyyələri Aysel Məmmədova paylayıb.

Aysel Məmmədova X. Cəfərovanı tanımadığını deyib.

X. Cəfərova deyib ki, təqsirləndirilənlərə mərkəzdə otaq ayrılmayıb. İşdə adı çəkilən Akif həkimə isə hər dəfə mərkəzə gələndə başqa həkimin otağını veriblər.

Daha sonra prosesdə Mərkəzi Gömrük Hospitalının həkimi, cərrah-transplantoloq Mircəlal Kazımi ifadə verib. O, təqsirləndirilənlərdən Aysel Məmmədova və Nuridə Seyidovanı tanıdığını deyib. Zərərçəkənlərdən isə hazırda zalda əyləşən Kamil Əhmədovu tanıdığını açıqlayıb.

Şirkət 245 min manat ödənişə görə məhkəməyə verilib

Şahid bildirib ki, orqan köçürməsi əməliyyatları icbari tibbi sığorta zərfinə daxil olunmazdan öncə xeyriyyəçilər ödənişlərə kömək etmək üçün müraciət ediblər: “"Urmed Help” şirkəti əməliyyat ödənişlərinə yardım etmək məqsədi ilə Mərkəzi Gömrük Hospitalı ilə müqavilə bağlamışdı. 10-a yaxın xəstə əməliyyat olundu və pulu ödənildi. Biz daha 5 xəstənin əməliyyat pulu ödənilmədiyi üçün müqaviləni pozduq və onlardan Sumqayıt Kommersiya Məhkəməsinə şikayət etdik. Yəni 245 min 265 manat ödəniş üçün onlar məhkəməyə verilib".

Zərərçəkən bildirib ki, o, Aysel Məmmədovaya 46 minlik əməliyyat pulundan 23 min manatı ödəyə bilib. Lakin bu pul da xəstəxanaya köçürülməyib.

Hakim Azad Məcidov isə qeyd edib ki, Mərkəzi Gömrük Xəstəxanasının “Urmed Help” şirkəti tərəfindən dəfələrlə pulun ödənilməməsinə görə aldadılması ilə bağlı Baş Prokurorluğa məlumat göndərəcək. Çünki, bu hal dəfələrlə təkrarlanıb.

Mircəlal Kazımi onun müqavilələrlə əlaqəsi olmadığını qeyd edib: "Bu sualların mənə ünvanlanması düzgün deyil. Çünki mən həkiməm, pullarla, müqavilələrlə əlaqəm olmayıb".

Hakim Şəlalə Həsənova isə şahidə sual ünvanlayıb: “Mircəlal həkim, siz görürdünüz ki, həmin xəstələrin vəziyyəti ölümcüldür. Bir vətəndaş kimi soruşuram, niyə onların vəziyyətlərinə uyğun addım atılmırdı? Niyə insanlar xəstələri Aysel Məmmədova, Nuridə Seyidova kimilərə, şou proqramlara ümid olub pullarını da, canlarını da itirirlər? İnsan həyatının heçmi dəyəri yoxdur?"

M. Kazımi deyib ki, bu, qlobal problemdir və bir həkim olaraq buna heç nə edə bilməz. O, əlavə edib ki, bir neçə dəfə xəstələrin əməliyyatları ilə bağlı təqsirləndirilənlərlə telefon əlaqəsi olub, onları şəxsən tanımır.

Məhkəmədə o da bildirilib ki, Aysel Məmmədova ibtidai istintaqa ifadə verdikdən sonra bunu Mircəlal Kazımiyə məruzə edib və o, ibtidai istintaqda ifadə verib. Lakin bu, məhkəməyə göndərililən sübutlara daxil edilməyib.

Daha sonra prosesdə Mircəlal Kazımi ilə Aysel Məmmədovanın telefon danışığı dinlənilib. Səs yazısının bir qismini keyfiyyətsiz olduğuna görə dinləmək mümkün olmayıb.

M.Kazımi səs yazısına münasibət bildirərək deyib ki, o, sadəcə, xəstələrdən narahat olub və buna görə Aysellə danışıb.

Zərərçəkənlər iclasda Tallesimiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra prosesdə sənədlər tədqiq edilib.

Proses aprelin 28-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Aprel 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri