Icma.az
close
up
RU
Xəstəliklərin bir çoxuna səbəb... Bu suları ALMAYIN

Xəstəliklərin bir çoxuna səbəb... Bu suları ALMAYIN

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən çox vacib bir yoxlama həyata keçirilib. Belə ki, 47 su istehsalı müəssisəsindən və su brendlərindən nümunələr götürülərək analizlər aparılıb. Nəticədə 20 brenddə müxtəlif çirklənmələr aşkar edilib. Həmçinin bir su aparatından götürülən nümunədə də uyğunsuzluq müəyyən olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar olaraq, həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar barəsində inzibati tədbirlər görülüb.

Qeyd edək ki, bu sahədə yoxlamalar davam etdirilir.

Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AQTA tərəfindən həyata keçirilən tədbirləri mühüm addım kimi qiymətləndirib.

O qeyd edib ki, insan bədəninin 85%-i sudan ibarətdir. Onun sözlərinə görə, bu baxımdan, xəstəliklərin bir çoxunun səbəbini də elə suda axtarmaq lazımdır:

“AQTA-nın bazarlarda kütləvi şəkildə satılan təxminən 20 su brendində çirklənmə aşkar etməsi, mühüm və müsbət haldır. Bu istiqamətdə işlər davam etdirilməlidir. Sevindirici haldır ki, həmin su brendlərinin adları da ictimaiyyətə təqdim olunub”.

E.Hüseynov bildirib ki, son illərdə geniş yayılmış su aparatları məsələsinə gəldikdə isə, bu qurğular guya təmizlənmiş su təqdim etsə də, əslində birbaşa su şəbəkəsindən gələn sudur:

“Bu aparatların su satış müəssisəsi – yəni "Azərsu" ASC ilə heç bir əlaqəsi yoxdur. "Azərsu" ASC sahibkara suyu biznes qiymətinə satır. Bu qiymətlər fərdi istehlakçılara satılan sudan daha yüksəkdir. Nəticədə bəzi sahibkarlar həmin sahədə sadəcə pul qazanmaq məqsədilə fəaliyyət göstərir və təəssüf ki, təqdim etdikləri suyun keyfiyyətinə də heç bir zəmanət vermirlər.

Sadə dillə desək, borudan gələn su naməlum texnoloji prosesdən keçərək istehlakçılara "təmizlənmiş" su adı altında satılır. Bu aparatlar bir çox yaşayış binalarının qarşısında, məktəblərin yanında quraşdırılıb. Azad İstehlakçılar Birliyi olaraq təklif edirik ki, xüsusilə məktəblərdə uşaqlara pulsuz və həqiqətən təmiz keyfiyyətə malik içməli su təqdim olunsun”.

O həmçinin vurğulayıb ki, hazırda bu sahədə bəzi şəxslər biznes məqsədilə fəaliyyət göstərərək, istehlakçılara təmiz su adı altında qeyri-müəyyən keyfiyyətli su təqdim edirlər:

“Yaxşı haldır ki, AQTA bu məsələni də araşdırıb və bəzi halları ifşa edib.

Ümumiyyətlə, suyun sağlamlığa zərərli olub-olmaması məsələsi sadə şəkildə müəyyən edilə bilməz. Suyun tərkibilə bağlı 300-ə qədər müxtəlif parametrlə analiz aparılmalıdır. Eyni bir ailənin 5 üzvündən 3-nə uyğun olan su, digərləri üçün uyğun olmaya bilər. Su orqanizmə fərqli təsir göstərir və bu təsirlər hətta genetik səviyyədə dəyişə bilər”.

Eyyub Hüseynov onu da əlavə edib ki, suyun sərt (yəni minerallarla zəngin) və ya yumşaq olması, tərkibindəki maddələrin orqanizmə təsiri hələ də tam öyrənilməyib:

“Bu səbəbdən də, mən tövsiyə edərdim ki, insanlar fərqli mənşəli içməli sulardan istifadə etsinlər. Bəzən vətəndaşlar belə bir sual verirlər: əgər bütün sular eyni H2O-dursa, bəs niyə bəzilərinin litri 40 qəpik, digərlərinin isə litri 6 manata başa gəlir? Bu, haqlı sualdır. Təəssüf ki, bəzi şəxslər qiymətlər üzərindən sui-istifadə hallarına yol verir və suyu bu cür yüksək qiymətlərlə  satırlar.

Məhz bu baxımdan, su aparatlarının təsiri araşdırılmalı, bu barədə əhalinin maarifləndirilməsi aparılmalıdır. Təəssüf ki, sözügedən məsələ hələ də tam şəkildə aydınlaşmayıb. Buna baxmayaraq, AQTA-nın gördüyü işlər təqdirəlayiqdir və bu fəaliyyət daha da genişləndirilməlidir”.

Uyğunsuzluq müəyyən edilmiş müəssisələr və su aparatı aşağıdakılardır:

№

Məhsulun adı

İstehsalçı

Ünvan

Su istehsalı müəssisələri

1

"Pak Su" əmtəə nişanlı su

Fiziki şəxs Aqşin Quliyev Salam oğlu

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi 294B

2

"İceberg" əmtəə nişanlı su

Fiziki şəxs Elman Niftəliyev Elşən oğlu

Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski küçəsi, ev 245

3

“Şeh Su” əmtəə nişanlı su

"Şeh Group" MMC

Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıbəyli küçəsi, ev 5

4

İçməli su

Fiziki şəxs Azər Dadaşov Balahəsən oğlu

Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 1061-ci məhəllə, 6-cı korpus, 1-ci mərtəbə

5

"Saf Su" əmtəə nişanlı  su

Fiziki şəxs Pərviz Ağayev Teymur oğlu

Bakı şəhəri, Binəqədi rayonu, 241A

6

"Arı" əmtəə nişanlı su

Fiziki şəxs Lalə Kərimova Eldar qızı

Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 2-ci döngə, giriş 418-17

7

"Duruca" əmtəə nişanlı su

"İsaoğulları" MMC

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə atçılıq, Donuzkökəltmə sovxozu ərazisi

8

"Venera" əmtəə nişanlı su

"Asenat” MMC

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qaibov küçəsi 6

9

İçməli su

Fiziki şəxs Tarifxan Balabəyov Tahir oğlu

Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, A.Göyüşov küçəsi

10

"İdeal" əmtəə nişanlı su

Fiziki şəxs Səttər Fərhadov Əli oğlu

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil küçəsi, ev 42

11

“Duru Su” əmtəə nişanlı su

Fiziki şəxs Şamxal Salmanzadə Nərman oğlu

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87

12

İçməli su

Fiziki şəxs Səməd Əsədov İmanqulu oğlu

Bakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə

13

"Aqua Flot" əmtəə nişanlı su

"Zemz" MMC

Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıəliyev küçəsi 5

14

"Suel" əmtəə nişanlı su

Fiziki şəxs Samir Fətəliyev Həzi oğlu

Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 121

15

"Mono Su" əmtəə nişanlı su

"Buzdağı" MMC

Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 1

16

"Butasu A" əmtəə nişanlı su

"Butasu A" MMC

Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi, ev 4K

17

"Abşirin" əmtəə nişanlı su

Fiziki şəxs Sevda Zeynalova Nofel qızı

Abşeron rayonu, Novxanı kəndi

18

"Ayna Su" əmtəə nişanlı su

Fiziki şəxs Anar Fətullayev Bahadur oğlu

Abşeron rayonu, Qobu qəsəbəsi

19

"Assu" əmtəə nişanlı su

Fiziki şəxs Sakit İbrahimov Hüsi oğlu

Abşeron rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, ev 36

20

"Abi Həyat" əmtəə nişanlı

Fiziki şəxs Bəylər Əzizov Abas oğlu

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi

Su aparatı

№

Məhsulun adı

İstehsalçı

Aparatın yerləşdiyi ünvan

1

"Su Az" əmtəə nişanlı su

“Su Az” MMC

Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 11b

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri