Xəstəxanada atəş açan şəxs TUTULDU
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ polisi Delaver ştatının Vilminqton şəhərindəki xəstəxanada bir nəfərin ölümü ilə nəticələnən atışmanı törətməkdə şübhəli bilinən 23 yaşlı gənci həbs edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı şəhər polis departamentinə istinadən məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl yerli polisin rəisi Vilfredo Kampos xəstəxanada baş verən silahlı insident zamanı bir nəfərin öldüyünü təsdiqləmiş və həmin vaxt cinayətkarın azadlıqda olduğunu bildirmişdi.
Verilən məlumata görə, bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı şəxs hüquq-mühafizə orqanları tərəfindən Filadelfiya şəhərində saxlanılıb.
CNN-in qeyd etdiyinə görə, ilkin araşdırmalar bu atışmanın kütləvi hücum olmadığını, hədəfə alınmış xüsusi və təcrid olunmuş bir insident (fərdi münaqişə) zəminində baş verdiyini göstərib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 17 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















