Icma.az
close
up
RU
Xəstəxanaları kim idarə etməlidir? RƏYLƏR

Xəstəxanaları kim idarə etməlidir? RƏYLƏR

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tibb müəssisəsinin idarə olunmasında həm tibbi iqtisadçıların, həm də həkimin öz yeri var

Səhiyyə sistemində son günlər kadr islahatları aparılır. Kimlərsə vəzifədən kənarlaşdırılır, onların yerinə başqaları təyin edilir. Bu məsələ isə daim müzakirə predmetidir: tibb müəssisəsinin rəhbəri hansı ixtisas sahibi olmalıdır – həkim, yoxsa iqtisadçı, menecment, hüquqşünas? Bəzən rəylər çarpazlaşır, tibb müəssisəsinin nümunəvi fəaliyyəti üçün rəhbərin məhz həkim olması vurğulanır, bəzən də “həkim tibb işlərinə baxsın, idarəetmə bacarığı olan şəxs rəhbər təyin edilməlidir”, deyilir.  

Baş verən kadr islahatlarına münasibət bildirən həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, kadr dəyişikliyi aparıla bilər, amma əsas məsələ keyfiyyətli xidmətdir: 

- Baxırsan ki işdən kənarlaşdırılan şəxs kimə yaxşılıq edibsə, tərifləyir onu, təəssüflənirlər işdən çıxarıldığına görə. Kimə pislik edibsə, yəni xahişini yerə salıbsa, sevinirlər işdən çıxdığına görə, “çoxdan belə olmalıydı”, deyirlər. Belə olmalı deyil. Səhiyyə xidməti spesifik sahədir. Normal, keyfiyyətli xidmət almaq hamının haqqıdır! Bu məsələdə heç kimin heç bir imtiyazı yoxdur, olmamalıdır. 

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “idarəetmə necə olmalıdır” sualına beynəlxalq təcrübəyə istinadən cavab verilməlidir: 

- Beynəlxalq təcrübəyə əsasən xəstəxanaların iqtisadi baxımdan idarə edilməsi xüsusi tibbi iqtisadçılar var, onlara həvalə edilir. Dünyanın bir çox ölkəsndə məhz belədir. Tibbi iqtisadçılara həvalə edirlər iqtisadi məsələləri. Amma xəstəxananın tibb işlərinə rəhbərliyi həkim aparmalıdır mütləq. Bu, vacibdir. Çünki həkimlər tibbi proseslərə nəzarət edir. Şöbə müdürü, direktor, bütövlükdə xəstəxananın rəhbəri həkim olmalıdır. Klinik protokolların düzgün tərtib edilməsi, tibbi münasibətlər sisteminin düzgün formalaşması, həkim etikası kodeksinə əməl edilməsi, dərmanların dövriyyə sistemi, xəstələnmə, ölüm halları və letallıq göstəricilərinin statistikası, proseslərin idarə olunması həkimlərə bağlıdır. Tibb müəssisəsinin idarə olunmasında həm tibbi iqtisadçıların, həm də həkimin öz yeri, öz funksiyası var. O müəssisə nümunəvi olur, hansında ki bu funksiyaları işinin öhdəsindən gələ bilən şəxslər icra edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Aprel 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri