Icma.az
close
up
RU
Xətai İH və YAP ın təşkilatçılığı ilə tədbir keçirildi Foto

Xətai İH və YAP ın təşkilatçılığı ilə tədbir keçirildi Foto

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

10 dekabr 2025-ci il tarixində Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətənə, xalqa həsr edilən şərəfli ömür” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, millət vəkilləri Pərvanə Vəliyeva və Vüqar Rəhimzadə iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Xalqımızın Ümummilli Lideri, müstəqil və müasir Azərbaycanın memarı Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir başlanıb.

Tədbiri giriş sözü ilə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyət və dünya siyasət akademiyasının bilicilərindən olduğunu diqqətə çatdıran Ramil Mirzəyev Ulu Öndərin hələ ötən əsrin 70-ci illərində bu gün sürətlə inkişaf edən Azərbaycanın əsasını qoyduğunu qeyd edib. O, Ümummilli Liderin siyasi irsinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirildiyini qeyd edib. Ramil Mirzəyev bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Heydər Əliyevin dövlətçilik xəttinə və ölkəmizin müstəqil inkişaf strategiyasına olan böyük ehtiramın göstəricisidir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan sabitlik və inkişaf yolunun bu gün də ölkəmizi yeni zirvələrə apardığını bildirib. O, Xətai rayonunda həyata keçirilən sosial layihələr, abadlıq işləri və ictimai təşəbbüslərin Heydər Əliyev ideyalarına uyğun olaraq reallaşdırıldığını vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında Heydər Əliyevin siyasi məktəbinin dövlət idarəçiliyi üçün misilsiz model olduğunu bildirib. O, Ümummilli Liderin həyat yolunun hər bir azərbaycanlı üçün əsl nümunə olduğunu qeyd edib. Əli Həsənov Ulu öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışib. O qeyd edib ki, ötən illər ərzində Azərbaycanda böyük dəyişikliklər baş vermiş və ölkə sürətlə inkişaf etmişdir. Bu dəyişikliklərin kökündə dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və həmin strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin Heydər Əliyevin qlobal siyasətdə nüfuzundan, Azərbaycanı regional lider dövlətə çevirməklə bağlı gördüyü işlərdən danışıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc çıxışında Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi islahatların bu gün də hüquqi dövlət quruculuğunda əsas baza olduğunu vurğulayıb.

Milli Məclisin üzvü Pərvanə Vəliyeva Ulu Öndərin qadınların ictimai-siyasi fəallığının artırılmasında oynadığı rol haqqında danışıb.

Milli Məclisin üzvü Vüqar Rəhimzadə isə Heydər Əliyev siyasətinin informasiya cəmiyyətinin formalaşmasına, media mühitinin inkişafına və milli ideologiyanın möhkəmləndirilməsinə verdiyi töhfələri qeyd edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin şərəfli və zəngin həyat yolunu, dövlətçiliyə xidmətlərini və müstəqil Azərbaycan naminə göstərdiyi fədakar fəaliyyətini əks etdirən filmin nümayişi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Dekabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri