“Xətai Park” sakinlər arasında narazılıq yaratdı
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Xətai rayonu, Xətai Park yaşayış kompleksində sakinlər arasında narazılıq yaranıb.
Bu barədə Gununsesi.info-ya binada yaşayan sakinlər məlumat verib.
Bildirilib ki, kompleksin ümumi əmlakının idarə olunması əvvəlki şirkət, Xətai Park Servis MMC tərəfindən kifayət qədər təmin edilməyib.
“Qanunsuz fəaliyyətə görə şirkət məhkəmə qərarı ilə idarəetmədən kənarlaşdırılıb. Lakin təhvil-təslim zamanı inventar, sənədlər və avadanlıqlar tam şəkildə verilmayıb.
1531 ailənin yaşadığı kompleksdə tamamlanmamış işlər, natamam yanğın təhlükəsizlik sistemləri, generator və liftlərin vəziyyəti sakinlər üçün təhlükə yaradır. Bu səbəbdən sahə mülkiyyətçiləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMM) qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçirməyi qərara alıblar”.
Sakinlərin sözlərinə görə, hazırda kompleksdə aylıq xərclər 35–36 min manat civarındadır.
Onlar qeyd edib ki, bu xərclərin ödənilməsi üçün mənzillər üzrə 1 m² sahəyə 0,60 AZN xidmət haqqı nəzərdə tutulub.
“MMMC yaradıldıqdan sonra xərclər arasında elektrik, əməkhaqqı, zibil pulu, lift xidməti, sanitariya və digər vacib xərclər də nəzərə alınacaq”.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Fevral 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















