Xətai prospektindəki parklanma yeri çaşqınlıq yaratdı Foto
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Xətai prospektində aparılan xətlənmə işləri sürücülərdə çaşqınlıq yaradıb.
“Qafqazinfo” xəbər verir ki, velosiped zolağının solunda yaradılan parklanma yerləri bir çox sürücülərin narazılığına səbəb olub.
Sosial şəbəkələrdə görüntülər paylaşan şəxslər yolun hərəkət hissəsinin hesabına yaradılan parklanma ərazisinin onların hərəkətinə çətinlik yaratdığını deyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, yeni təşkil edilmiş parklanma yeri normativlərə və qanunvericiliyə uyğundur: “Prospektdə mikromobillik zolağı və avtomobillər üçün parklanma yerləri yanaşı təşkil edilib. Beynəlxalq təcrübədə geniş istifadə olunan bu cür yanaşma mövcud standartlara və qanunvericiliyə də uyğundur. Burada əsas iki məqsədə nail olunur - mikromobillik istifadəçilərinin təhlükəsizliyi və biznes subyektlərinin maraqlarının qorunması.
Oxşar sxemlər paytaxtın Mətbuat prospekti, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, Xaqani və Şıxəli Qurbanov küçələrində uğurla tətbiq olunub”.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 12 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















