Xətai rayonunda ağacəkmə aksiyası təşkil olunub FOTOLAR
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Bu gün Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməcliyi və ağacəkmə aksiyası təşkil olunub.
Tribunainfo.az xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon idarə-müəssisə kollektivləri, rayon bələdiyyələri, rayon ağsaqqalları, şəhid ataları və sakinlər iştirak ediblər.
Ümumrayon iməcliyində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları iştirak ediblər.
H.Əliyev parkında və 8 Noyabr prospektində təşkil olunan ağacəkmə aksiyasında əraziyə ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Mövsüm ərzində Xətai rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Aprel 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















