Xətai rayonunda keçirilən ağacəkmə aksiyasından Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Aprelin 18-i Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid ataları, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Aksiya rayonun Gənclik və H.Əliyev parkları, 8 Noyabr prospekti, Y.Səfərov, Zığ yolu küçələri, 171 saylı tam orta məktəbin həyəti və digər ünvanlarda təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı 1000 ədəd Eldar şamı və Evkalipt ağacı, 10 000 ədəd gül kolunun əkilib, 1000 kv metr ərazidə qazon örtüyü salınıb.
Tədbir çərçivəsində ərazidə qurumuş və təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb.
Qeyd edək ki, yaz mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı tədbirlərin keçirilməsi davam etdiriləcək.











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 18 Aprel 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















