Xətaidə 2 İyul Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirildi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Xətai rayonunda "2 İyul - Azərbaycan Polisi Günü" qeyd olunub. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Fuad Hacıyev, Xətai rayon Məhkəməsinin sədri Vahid Sadıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Nicat Həsənov iştirak ediblər.
Axar.az xəbər verir ki, ilk olaraq tədbir iştirakçıları Ulu Öndərin adını daşıyan parka gələrək abidəsini ziyarət ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Azərbaycan polisinin dövlətçiliyin qorunması, ictimai asayişin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi mühüm fəaliyyətdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan polisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə üzərinə düşən vəzifələri yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirir.
Tədbirdə xidmətdə fərqlənən polis əməkdaşları mükafatlandırılıb, onların peşə fəaliyyətində qazandıqları uğurlar yüksək qiymətləndirilib.
Sonda bayram münasibətilə polis əməkdaşları təbrik olunub, onlara xidmətlərində yeni nailiyyətlər, möhkəm cansağlığı və uğurlar arzulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 İyul 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















