Xətaidə bir günün içində 50 illik pilləkənlər yoxa çıxdı Nə baş verir?
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xətai rayonu, Gəncə prospekti ilə Nəsrəddin Tusi küçəsinin kəsişdiyi ərazidə ağacların kəsildiyi iddia edilir.
Milli.Az xəbər verir ki, sakinlər bildirib ki, uzun illər öz əlləri ilə əkdikləri yaşıllıq sahəsi bir tikinti şirkəti tərəfindən məhv edilib, bəzi ağaclar yandırılıb, bəziləri isə qırılıb. Həmçinin, ərazidəki pilləkənlərin də dağıdıldığı deyilir:
"Bir gün ərzində 50 illik pilləkənləri məhv etdilər. Əvvəl bizi inandırmışdılar ki, burada park salınacaq, amma sonradan gördük ki, bina tikəcəklər".
Məsələ ilə bağlı "Hayat Residence" MMC-nin direktoru Miralə Ağayeva açıqlama verib. O, bildirib ki, şirkət ağacların kəsilməsi və ya yandırılması ilə bağlı heç bir əməliyyat aparmayıb.
Direktor əlavə edib ki, aparılan işlər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənmiş layihə çərçivəsində həyata keçirilir: ərazidə mövcud pilləkənlər yenidən qurulacaq, dörd bina tikiləcək, yeni yaşıllıq sahəsi salınacaq və sakinlər üçün park yaradılacaq. Ağacların köçürülməsi üçün isə müvafiq dövlət qurumuna müraciət olunub.
Buna baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi faktını təsdiqləyib. Nazirliyin məlumatına görə, əraziyə baxış zamanı hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən olunub və bu barədə akt tərtib edilib. Zərərin miqdarı cinayət tərkibi yaratdığından materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndəriləcək.
Eyni zamanda, ərazidəki yaşıllıqlar qeydiyyata alınıb və hər birinə identifikasiya etiketi vurulub.
Asya
Milli.Az
Baxış sayı:107
Bu xəbər 09 Yanvar 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















