NATO İraqdan çıxdı Nə baş verir?
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NATO İraqda fəaliyyət göstərən təlim missiyasını müvəqqəti olaraq geri çəkib. Buna səbəb Yaxın Şərqdə davam edən hərbi gərginliyin artmasıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Agentliyin mənbələri bildiriblər ki, alyans mövcud təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahatdır.
Digər mənbə isə NATO missiyasının tam tərkibdə İraqdan çıxarıldığını təsdiqləyib.
Bununla yanaşı, alyansın rəsmi nümayəndəsi bildirib ki, NATO İraqdakı missiyasını tam dayandırmayıb, sadəcə qüvvələrin yenidən qruplaşdırılması həyata keçirilib. Qeyd olunub ki, bu missiya döyüş xarakterli deyil və əsas məqsəd İraq silahlı qüvvələri üçün zabit və mütəxəssislərin hazırlanmasından ibarətdir.
Hazırda regionda artan gərginliyin NATO-nun gələcək fəaliyyətinə necə təsir edəcəyi isə sual olaraq qalır.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:156
Bu xəbər 20 Mart 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















