Xətaidə taksi sürücüsü “Opel”i park edilmiş maşına vurub aşırdı VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 1-də günorta saatlarında qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 57-BS-249 dövlət nömrə nişanlı “Opel” markalı maşın idarəetmədən çıxaraq yol kənarında dayanmış 10-RT-709 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilə dəyib və aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da “Opel” yararsız vəziyyətə düşüb. Eyni zamanda digər nəqliyyat vasitəsinə də maddi ziyan dəyib.
Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Aşan maşın evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Bu mövzuda digər xəbərlər:Mehdiabadda Opel i oğurladılar
24 May 2025 17:42
Qayda pozan “Opel” sürücüsü motosikletçini vurub yerə sərdi VİDEO
25 İyun 2025 16:39
Gəncədə “Opel” maşına, ardınca dəmir məhəccərə çırpıldı VİDEO
04 Fevral 2025 16:52
Yuxulu sürücü zəncirvari qəza törətdi: “KamAZ” və “Opel”i vurdu VİDEO
10 İyul 2025 15:19
Lahıcda qəza: Ara məsafəsini düzgün seçməyən sürücü “Opel”i vurdu VİDEO
11 Sentyabr 2025 18:36
Baxış sayı:157
Bu xəbər 01 Avqust 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















