Icma.az
close
up
RU
Opel i artıq çinlilər yığacaq

Opel i artıq çinlilər yığacaq

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Stellantis konserni Avropa avtomobil sənayesində ciddi səs-küyə səbəb olacaq addım atmağa hazırlaşır.
Reuters agentliyinin yaydığı məlumata görə, qlobal avtomobil nəhəngi Çinin elektromobil istehsalçısı Leapmotor ilə danışıqları intensivləşdirib. Bu dəfə məqsəd sadəcə tərəfdaşlıq deyil, Avropanın köklü brendlərinin Çin platforması üzərində yenidən doğulmasıdır.
Layihənin əsas hədəfində Almaniyanın məşhur Opel markası dayanır. Razılaşma baş tutarsa, yeni modellərin mühəndis işlərini, elektron komponentlərini və elektrik arxitekturasını tamamilə Çin tərəfi təmin edəcək. Bu üsul Stellantis üçün xərcləri kəskin azaltmaq və yeni modellərin bazara çıxışını sürətləndirmək imkanı yaradır. "Opel"dən sonra eyni taleyi İtaliya klassikası "Alfa Romeo"nun da yaşayacağı gözlənilir.
Əslində bu yaxınlaşma gözlənilməz deyil. Stellantis hələ keçən il "Leapmotor"un səhmlərinin 20 faizini alaraq beynəlxalq bazarlar üçün birgə satış şəbəkəsi qurmuşdu. İndi isə tərəfdaşlıq daha dərin texnoloji müstəviyə keçir. Planlar reallaşsa, Çin texnologiyası ilə təchiz edilmiş ilk elektrikli Opel krossoveri 2028-ci ildə yollarda olacaq.
Yeni nəsil avtomobillərin istehsal ünvanı da artıq bəllidir. İstehsalın İspaniyanın Saraqosa şəhərindəki Stellantis zavodunda təşkil edilməsi nəzərdə tutulur. Həmin zavodda artıq bu ilin sonundan etibarən Çinin Leapmotor B10 modelinin də konveyerdən çıxacağı bildirilir. İlkin hesablamalar Opel modelinin illik 50 min ədəd istehsal olunacağını göstərir.
İtaliya brendi Alfa Romeo üçün nəzərdə tutulan modelin də logistik xərcləri sığortalamaq üçün eyni zavodda yığılması variantı masadadır. Hələlik müzakirə mərhələsində olan bu planlar barədə Çin şirkəti susmağa üstünlük verir. Leapmotor təmsilçiləri tərəfdaşlarla müxtəlif formatlarda danışıqların getdiyini təsdiqləsələr də, konkret detalları açıqlamaq üçün tez olduğunu bildirirlər.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Aprel 2026 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri