Icma.az
close
up
RU
Xətaidə Zərifə Əliyevanın anım günü qeyd edildi Foto

Xətaidə Zərifə Əliyevanın anım günü qeyd edildi Foto

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı il aprelin 15-də Xətai rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolundan ətraflı bəhs etmiş, Azərbaycan tibb elminin inkişafına verdiyi töhvədən danışmışdır. Ramil Mirzəyev Zərifə xanım Əliyevanı görkəmli oftalmoloq-alim olmaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı şəxsiyyət kimi xarakterizə etmiş, onun elmi və mənəvi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırmışdır.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Zərifə xanım Əliyevanın insanlara göstərdiyi diqqət və qayğını hər bir Azərbaycan vətəndaşı üçün nümunə kimi səciyyələndirmiş, oftalmologiya sahəsində apardığı elmi tədqiqatların bu gün də öz aktuallığını qoruyub saxladığını və yeni nəsil həkimlər üçün bir məktəb kimi xüsusi önəm daşıdığını vurğulamışdır.

Akademik Zərifə xanım Əliyeva Azərbaycan qadınının simvoludur, onun keçdiyi həyat yolu və elmi fəaliyyəti gənclər üçün böyük motivasiya mənbəyidir – deyən millət vəkili Pərvanə Vəliyeva bildirmişdir ki, görkəmli alimlərin irsinin tədqiq olunması və yaşadılması istiqamətində həyata keçirilən tədbirlər milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov çıxışında akademik Zərifə Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən danışmış, onun elmi araşdırmaların, xüsusilə peşə patologiyaları sahəsində apardığı işlərin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini bildirmişdir.

Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov çıxış edərək akademik Zərifə Əliyevanın insanpərvərliyindən və həkim etikası sahəsində göstərdiyi nümunəvi fəaliyyətindən bəhs etmişdir. O bildirmişdir ki, Zərifə xanım hər zaman xəstələrə xüsusi həssaslıqla yanaşmış, onların sağlamlığını öz həyatının əsas məqsədlərindən biri hesab etmişdir.

Tibb elmləri doktoru, əməkdar həkim Kənan Yusifzadə çıxışında akademik Zərifə xanım Əliyevanın elmi yanaşmalarının müasir tibbin bir çox istiqamətlərində tətbiq olunduğunu qeyd etmiş və bildirmişdir ki, Zərifə xanımın yetirmələri bu gün də onun elmi ənənələrini davam etdirərək Azərbaycan tibb elmini daha da inkişaf etdirirlər.

M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin keyfiyyət üzrə komitə rəhbəri Səlmin Quliyeva çıxışında akademik Zərifə Əliyevanın həyat fəlsəfəsindən və yüksək insani keyfiyyətlərdən bəhs etmiş, onun məsuliyyət, zəhmətkeşlik və insanlara sevgi kimi xüsusiyyətlərinin hər bir tibb işçisi üçün örnək olduğunu qeyd etmişdir.

Tədbir görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən filmin nümayişi ilə yekunlaşmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Aprel 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri