XƏYAL QURMAYAQ, ABŞ ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Icma.az bildirir, Mia.az portalına istinadən.
"Avropanın ABŞ olmadan öz təhlükəsizliyini təmin edə bilməz. Əgər kimsə Avropa İttifaqı və ya Avropanın böyük dövlətlərinin ABŞ olmadan özünü müdafiə edə biləcəyini düşünürsə, xəyal qurur. Qoy elə xəyal qurmağa davam etsin".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı açıqlamanı NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsi və Xarici İşlər Komitəsinin yanvarın 26-dakı birgə iclasında deyib.
Baş katib çıxışında təkrar-təkar ABŞ olmadan Aİ ölkərinin özünü müdafiə edə bilməyəcəyini bildirib və həttə Avropa ölkələrinin Trampın çağırışına qeyd-şərtsiz əməl edərək, NATO-dakı müdafiə xərclərinin artırılmasını istəyib: "Müdafiə xərclərimiz üçün Ümumi Daxili Məhsulunun hətta 5 deyil, 10 faizi bu istiqamətə yğnəlməlidir. Bəli, dediyim kimi, əgər burada kimsə Aİ-nin və ya bütövlükdə Avropanın ABŞ olmadan özünü müdafiə edə biləcəyini düşünürsə, o, xəyal qurur. Biz bunu edə bilmərik. Biz bir-birimizə ehtiyac duyuruq. Avropa təkbaşına hərəkət edə bilməz. Bu, həm çox ciddi xərclərə tələb edir, həm də buna çox uzun zaman lazımdır. Aİ ölkələrinin isə o zamanı da yoxdur. Əgər Aİ NATO-dan kənar Avropanın müstəqil müdafiə strukturunu yaradarsa, bu, hədsiz risk olar və sözsüz ki, Aİ - yəni, biz bu yarışı uduzacağıq. Üstəlik, unutmayaq, belə bir ssenaridə azadlığımızın əsas təminatı olan ABŞ-ın nüvə çətirini də itirəcəksiniz. Kim əksini düşünürsə, bol şans arzulayıram..."
Rutte çıxışının yekununda təkcə Avropanın deyil, ABŞ-ın da NATO-ya ehtiyacı olduğunu qeyd edib: "NATO hər iki tərəf üçün olduqca vacib hərbi alyansdır...."
Firudin SƏFƏRLİ
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Yanvar 2026 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















