Xəyanətin BƏDƏLİ Boşanma zamanı təzminat ödəyəcəklər?
Icma.az, Bizim media saytına istinadən bildirir.
Son zamanlar boşanmaların sayı kəskin artıb. Bunun ən çox rast gəlinən səbəblərindən biri də xəyanətdir.
Maraqlıdır ki, bəzi ölkələrdə xəyanət edən şəxs boşanma zamanı qarşı tərəfin tələbinə uyğun olaraq pul ödəyir.
Bəs, ölkəmizdə belə bir praktika varmı?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Mustafayev deyib ki, o praktikasında belə halla rastlaşmayıb:
“Amma qanunla belə bir iddianın məhkəmə qaydasında irəli sürülməsi mümkündür. Əgər şəxs ailə münasibətlərində xəyanətlə qarşılaşıbsa və bunu tam sübut edə bilirsə, məhkəmədə iddia qaldırmaqda tam haqlıdır. Təbii ki, son söz məhkəmənindir. Amma bütün hallarda şəxsin belə bir hüququ var ki, ona dəymiş mənəvi ziyana görə kompensasiya tələb etsin.
Lakin sübutlar kifayət qədər əsaslı olmalıdır. Yəni xəyanət nəticəsində şəxs güclü iztirablar, əzablar keçiribsə və bu hadisədən sarsılıbsa, onun hüququ var ki, iddia qaldırsın. Belə iddiaların da perspektivləri var”.
Surxay Atakişiyev, Bizim.Media
Baxış sayı:92
Bu xəbər 26 Oktyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















