Icma.az
close
up
RU
Xeyir xəbər tamaşası teatrsevərlərə təqdim olunub

Xeyir xəbər tamaşası teatrsevərlərə təqdim olunub

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan teatrında "Zəfər günü "nə həsr olunmuş "Xeyir xəbər" tamaşası teatrsevərlərə təqdim olunub.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında əməkdar incəsənət xadimi , yazıçı- dramaturq Əli Əmirlinin qələmə aldığı " Xeyir xəbər" dramına yeni səhnə həyatı verilib. Mövzu aktuallığı, ictimai təsir gücü, maraqlı süjet xətti ilə diqqətəlayiq olan dram əsəri teatrın direktor əvəzi, baş rejissor Mir Qabil Əkbərovun quruluşunda ərsəyə gəlib. Şanlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən ,qəhrəman igidlərimizin şücaətindən bəhs edən tamaşada əsas rolları əməkdar artistlərdən Vidadi Rəcəbli, Nazlı Hüseynquliyeva , gənc aktyorlardan İsmayıl Mirzəcanov və Ləman Vəliyeva canlandırır.

Tamaşada peşəkar, istedadlı aktyorların ifasında külminasiya xəttinə doğru cərəyan edən gərgin psixoloji anlar, qanlı- qadalı müharibə dəhşətləri, ən əsası igidlərin qələbəyə inamı, eləcə də. zəfər naminə xalqın birliyi bir ailənin timsalında dolğunluğu ilə əksini tapıb.

Tamaşada ermənilər tərəfindən maddi-mədəniyyət nümunələrimizin, tarixi abidələrimizin , o cümlədən, inanc ocağı Şuşa məscidinin minarəsinin dağıdılması da erməni vandalizminin amansızlığını təzahür etdirir.

Tamaşanın ən uğurlu səhnə həllindən biri də müharibənin bitməsindən sonra yeni quruculuq işlərinin aparılmasıdır. Belə ki, Şuşa məcsidinə yeni həyat verilir, qoşa minarə ucaldılır. Həyat yenidən canlanır. Bütün bu kimi zəruri amillər tamaşanın uğurlu alınmasına təsir edir.

Tamaşanın rejissor assistenti Mehri Nəcəfova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada rəssam işi də əsərin ideyasının tamaşaçiya çatdırılmasına kömək edir.Həmçinin musiqi tərtibatçısı İbrahim Əliyevin də işi təqdirolunasıdır.

Qeyd edək ki, hər il qürur və təntənə ilə kecirdiyimiz qəhrəmanlıq salnaməmizin qızıl hərflərlə yazilı tarixi olan" ZƏFƏR GÜNU " nə həsr olunan tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Adilə Səfərova ,teatrşünas-jurnalist 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri